İmamoğlu: Mənsur Yavaş prezidentliyə namizəd olmayacaq
10:00 13.02.2025
Siyasət
380
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaşın ilkin seçkilərdə prezidentliyə namizəd olmayacağını bildirib.
Sherg.az xəbər verir ki, İmamoğlu Dünya Radio Günündə müxtəlif qurumlarda çalışan radio yayımçıları ilə görüşüb. İmamoğlu ölkədəki vəziyyəti qiymətləndirmə çıxışından sonra radio yayımçılarının suallarını cavablandırıb. O, jurnalistlərin "Martın 23-də Cümhuriyyət Xalq Partiyasında prezidentliyə ilkin seçki olacaq. Siz namizədsiniz? Mənsur bəy namizəd ola bilərmi? Deyirlər, olmaz, amma o görüşdən nə çıxdığını dəqiq bilmirik. Həmçinin, başqa namizədlər varmı?" səpkili suallarına belə cavab verib.
"Çox maraqlı bir görüş keçirdik. Hər bir mərhələni partiyadaxili proseslərimizlə idarə edirik. Dünən və bu gün bir neçə jurnalist dostumuzla görüşdüyümüz üçün söylədiyim fikirləri burada təkrar ifadə edə bilərəm. Sonucda Mənsur bəyin baxışı fərqlidir. "Bu gün tezdir. Namizədlik üçün tezdir. Dolayısı ilə ön seçim də tezdir" kimi bir baxış var".
Qərarın dəqiqləşdirildiyini və təfərrüatların açıqlanması mərhələsinin başladığını bildirən İmamoğlu deyib:
"Bu, o deməkdir ki, prosesin təfərrüatları yəqin ki, bu həftə sonu açıqlanacaq və ictimaiyyətlə paylaşılacaq. Yol xəritəmiz gələn həftə bəlli olacaq. İnanıram ki, partiyamız Türkiyə üçün çox mühüm imkanlar olan bir yolda cəsarətlə addım atıb. Bu, demokratiya inqilabıdır. Dünyada çox azdır. Ölkəmizdə ilk dəfədir ki, prezidentliyə namizədi partiyanın üzvləri müəyyənləşdirəcək. Gec, tez müzakirələrinə mən də qatılıram. Zamanın ruhuna görə hər şey dəyişə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə