"Rəqəmsal məktəb" platformasında şagirdlərə daha çox imkanlar yaradılacaq
Yusif Nəzərli
07:19 15.02.2025
Elm və Təhsil
855
Növbəti dövlərdə "Rəqəmsal məktəb" platformasında şagirdlər üçün daha çox imkanlar yaradılacaq.
Trend xəbər verir ki, bunu bu gün Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin idarə rəisi Vüsal Xanlarov "Gənc müəllimlərin IV şəbəkələşmə Forum”unda çıxışı zamanı deyib.
O bildirib ki, şagirdlər üçün elektron poçt və saxlanc yerləri yaradılacaq ki, onlar lazım olan materialları həmin saxlanc yerlərində saxlaya bilsinlər.
"Eyni zamanda platformada hər bir mövzu ilə bağlı videodərslər var.
Hazırda platformada ibtidai siniflər üçün 932 mövzu yerləşdirilib. Eyni zamanda 5,6,7-ci sinif şagirdləri üçün 367 mövzu platformaya yerləşdirilib" - deyə o əlavə edib.
V.Xanlarov həmçinin qeyd edib ki, bu ildən bir neçə məktəb əmrləri elektronlaşdırılıb.
"Biz çalışırıq ki, kargüzarlıq işləri, kağızlarla bağlı işlər elektronlaşdırılsın. Bu zaman müəllimlərin dərs deməyə daha çox vaxt qalacaq. Biz hədəfləmişik ki, elektron jurnal sınaqdan uğurla keçsə, sentyabr ayından kağız jurnallardan tamamilə imtina edib, elektron jurnallardan istifadə ediləcək" - deyə o əlavə edib.
Xatıraldaq ki, bir müddət əvvəl müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi, interaktivlik və əlçatanlıq üçün milli onlayn “Rəqəmsal məktəb” təhsil platforması fəaliyyətə başlayıb.
İlkin mərhələdə “Rəqəmsal məktəb” platforması Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində test rejimində tətbiq edilir. Sözügedən platforma təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədi daşıyır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm