ABŞ mətbuatı Azərbaycan Prezidentinin Qərbi Azərbaycan icması üzvləri ilə görüşündən yazıb
Yusif Nəzərli
13:37 18.01.2023
Aktual
497
ABŞ-nin ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də “Azərbaycan Prezidenti Türkiyəyə dəhliz açmaq üçün ərazi ədalətini tələb edir” sərlövhəli məqalə dərc olunub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə qeyd olunub ki, bu yaxınlarda Qərbi Azərbaycanın bir qrup ziyalısı ilə görüşən Azərbaycan Prezidenti İlham Əliyev 1918-ci ildə tarixi Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsini qınayıb: “Əgər kimsə hesab edirdi ki, 1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola bilərdik, bax, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi, xəyanət idi. Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”.
Məqalədə Odri Altştadın qələmə aldığı “Azərbaycan türkləri” kitabına istinadən qeyd olunub ki, 1897-ci ildə İrəvanda 77 491 azərbaycanlı, 58 148 erməni yaşayıb, habelə GünAZ TV-nin rəhbəri, güney azərbaycanlı jurnalist Əhməd Obalıya da iqtibas edilib: “İrəvan İrəvan xanlığının tərkibində olub. İndiki Ermənistanda əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edib. Bu insanlar öz vətənlərinə qayıtmalıdırlar. O cümlədən 1893-cü ildə İrəvan sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edib, 57 faiz azərbaycanlı olub”.
Müəllif onu da diqqətə çatdırıb ki, 1828-ci ildə Azərbaycanın ikiyə bölünməsindən sonra İran ermənilərinin Rusiyaya, Arazın şimalındakı müsəlman icmasının isə cənuba köçə bilməsi barədə razılıq əldə edilib. Bundan istifadə edən Rusiya erməniləri kütləvi şəkildə İrəvana və Qarabağa yerləşdirməklə sözügedən ərazilərdə əhalinin etnik tərkibini dəyişməyə nail olub.
İsrailli politoloq bildirib ki,1890-cı illərin sonlarından azərbaycanlıların öz torpaqlarından məcburi deportasiyasında ifadə olunan etnik təmizləmə prosesi başlayıb, son nəticədə İrəvan, Zəngəzur və digər Azərbaycan ərazilərində Sovet Ermənistanı yaradılıb. 1925-ci ildən sonra Qarabağ və Zəngəzurda əhalinin milli tərkibi dəyişib. Məqalədə Azərbaycan Prezidentinin Qərbi Azərbaycanın, yəni indiki Ermənistanın yerli əhalisini təmsil edən qərbi azərbaycanlılarla görüşündə onlara öz tarixi vətənlərinə qayıdacağı mesajını verdiyi vurğulanıb.
Oxşar xəbərlər
Göy məscidin iclas zalına erməni şairinin adı verildi - Dilqəm Əhməddən SƏRT ETİRAZ
18:39 12.11.2026
Artıq təkcə ev-eşik deyil, brend və nüfuz da pulla ölçüləcək - Qiymətləndirmədə yeni dövr
16:42 12.11.2026
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm