
Türkiyə səfəri! Putini hər yerdə həbs kabusu izləyir - ŞƏRH
09:32 05.08.2023
Siyasət
466
Rusiya Prezidentinin səfər edə biləcəyi az dövlətlərdən biri Türkiyədir
“Ərdoğan Putinə Ankaradakı görüşündə “iki ildən sonra Qarabağı tərk etməyinizi gözləyirik” cümləsini təkrarlayacaq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında onu ölkəsinə səfərə dəvət edib. Daha sonra bununla bağlı açıqlama verən Ərdoğan bildirib ki, Rusiya Prezidenti avqust ayında Türkiyəyə səfər edəcək. Türkiyə liderinin sözlərinə görə, səfərin dəqiq tarixi hələ ki müəyyənləşməyib. Ərdoğan deyib ki, Türkiyə və Rusiyanın "Taxıl sazişi" ilə bağlı eyni mövqedən çıxış edirlər. Ekspertlərin fikrincə, Ərdoğanın səylərinə baxmayaraq, Putin “Taxıl sazişi”ni uzatmaq istəmir. Hətta iddia olunur ki, Putin Türkiyəyə səfərə razılaşsa belə, “Taxıl sazişi” məsələsində geri addım atmayacaq. Lakin buna baxmayaraq, Türkiyəyə səfər Putin üçün əhəmiyyətli ola bilər.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Ukrayna müharibəsinə və sanksiyalara görə Putinin səfər edə biləcəyi dövlətlərin sayı çox deyil. Ekspert vurğulayıb ki, Putin hara getsə, Beynəlxalq Cinayət Məhkəməsinin həbsi kabusu ilə üzləşəcək: "Putin bu səbəbə görə avqust ayında BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çənubi Afrika Respublikası və Çin) Cənubi Afrika Respublikasındakı (CAR) toplantısına qatıla bilməyəcək. Çünki Putin bu ölkəyə getsə, Beynəlxalq Cinayət Məhkəməsinin sənədlərinə imza atan CAR Putini həbs etməlidir. Doğrudur, CAR rəhbərliyi belə bir riskə getməz və ona görə də Putinə mesaj göndəriblər ki, “toplantıya Kremldən internet vasitəsilə qatılmağınızı məsləhət bilirik”. Türkiyə Beynəlxalq Cinayət Məhkəməsinin sənədlərinə qoşulmadığına görə Putinin bu ölkədə həbs riski yoxdur. Putinin NATO ölkəsi olan Türkiyəyə səfəri Kreml sahibinin beynəlxalq aləmin mühasirəsində olmadığı anlamına xidmət edə bilər. Putin bu səbəbdən Türkiyəyə səfərlə əlinə düşən fürsətdən istifadə etmək istəyər".

Analitik vurğulayıb ki, Putinin Türkiyəyə mümkün səfəri Azərbaycan üçün də əhəmiyyətlidir: "Rəcəb Tayyib Ərdoğan NATO-nun son Vilnüs zirvə toplantısında “Putinin 9 noyabr bəyanatına sadiq qalacağını və 2 ildən sonra Rusiya hərbi kontingentini Qarabağdan çıxaracağına inanırıq” açıqlamasını vermişdi. Ərdoğan Putinə Ankaradakı görüşündə “iki ildən sonra Qarabağı tərk etməyinizi gözləyirik” cümləsini təkrarlayacaq. Əlbəttə, Putin Rusiya hərbi kontingentini iki ildən sonra da Azərbaycan ərazisində - Qarabağda saxlamağa çalışacaq. Ancaq Putin bunu etməyə çalışarkən Ərdoğanın ona Qarabağla bağlı hər dəfə xatırlatdığı fikirləri qulaqradına vura bilməyəcək. Vacibdir ki, bu məsələdə Bakı ilə Ankara koordinasiyalı hərəkət etsinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya