
Kanada da Cənubi Qafqaza nüfuz etməyə cəhd edir -Ceyhun Məmmədov
Kanada da Cənubi Qafqaza nüfuz etməyə cəhd edir -Ceyhun Məmmədov
Yusif Sultanoğlu
01:09 17.04.2024
Cəmiyyət
751
Hədəf və məqsəd bölgədə Qərbin mini hərbi kontingentini yerləşdirməkdir
İlk kanadalı müşahidəçi Avropa Birliyinin (AB) Ermənistandakı mülki missiyasına qoşulub. AB missiyasının yaydığı məlumatda deyilib ki, kanadalı mütəxəssis Aleksandr Qruşevski AB-nin mülki müşahidə missiyasına qəbul olunub. Vurğulanıb ki, Kanada AB-nin Ermənistandakı missiyasını dəstəkləyir. Qeyd edək ki, Kanada missiyaya qoşulan ilk qeyri-Avropa ölkəsidir. Missiya Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşib. Ekspertlərin fikrincə, Ermənistan-Azərbaycan şərti sərhədi boyunca "Avropa Birliyi missiyası"na Kanada kimi qeyri-Avropa ölkələrinin cəlb olunması, tərkibin genişləndirilməsi heç də xoş niyyətlərdən xəbər vermir. Bu, Qərbin müxtəlif yollarla Cənubi Qafqaza nüfuzu, yerləşməsi deməkdir.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, söhbət Qərbin Cənubi Qafqazda mini "NATO bazası" yaratmasından gedir. Deputat vurğulayıb ki, hədəf və məqsəd bölgədə Qərbin mini hərbi kontingentini yerləşdirməkdir:

"Söhbət sadəcə ABŞ və Fransadan getmir. Bir çox Qərb dövlətləri də regionumuzda hərbi varlıqlarını göstərməkdə maraqlıdırlar. Bölgəmizdə kiçik bazanın yaradılması planı icra olunmaqdadır. Addımlar da məhz bu istiqamətdə atılır və Avropadan kənar ölkələr də prosesə cəlb olunur. Qeyd edək ki, Kanadanın Cənubi Qafqazdakı proseslərə müdaxiləsi ilk dəfə baş vermir. Əvvəlki dönəmlərdə də Kanada bölgəmizdəki olaylara nüfuz etməyə, kobud şəkildə müdaxiləyə çalışıb. Təbii ki, bunlar xoş niyyətlə edilmir və Qərbin çirkin niyyətlərindən, məqsədlərindən xəbər verir. Qərb Cənubi Qafqazla bağlı öz planlarını həyata keçirməyə çalışır. Digər dövlətləri də prosesə cəlb edir. Ancaq belə yersiz müdaxilələr ancaq və ancaq bölgədə gərginliyin artmasına xidmət edəcək, qarşıdurmaya səbəb olacaq. Ən böyük məsuliyyət isə ABŞ və Fransanın üzərinə düşəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial