Rusiyanın miqrant "təhdidi”:“O şəxslər Azərbaycana qayıdarsa...”
Fidan Həmişəyeva
15:34 21.04.2021
İqtisadiyyat
1049
“Əmək bazarında təzyiqləri artıracaq. Bütün bunlar sosial-gərginliyə də səbəb ola bilər”
“Digər məqam isə odur ki, bölgələrin sosial təminatında Rusiyadan göndərilən vəsaitlərin rolu böyükdür”
“Xüsusilə cənub bölgəsində-Lənkəran, Astara və Masallı camaatının oradan ailələrinə göndərdikləri vəsait həmin ailələrin yaşayış təminatı üçün əsas maliyyə bazası hesab olunur”
Rusiya Federasiyası Daxili İşlər Nazirliyi (DİN) MDB-yə üzv olan dövlətlərdən öz vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb edib. Bunu nazir müavini Aleksandr Qorovoy MDB-nin Parlamentlərarası Assambleyasının toplantısında açıqlayıb. Federal DİN-in məlumatına görə, hazırda Rusiya ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min adam qeyri-leqal yaşayır.
120 min azərbaycanlının geri qayıdarsa, bu ölkəmizdəki sosial-iqtisadi vəziyyətə necə təsir göstərəcək? Azərbaycan dövləti bunun üçün hansı addımları atmalı olacaq?
Sualımızı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov “Sherg.az”a bildirib ki, Rusiya hər zaman miqrantlardan siyasi alət olaraq istifadə edir. Ekspertin sözlərinə görə, indiki şərtlər daxilində Rusiyanın sosial-iqtisadi göstəriciləri kifayət qədər zəifdir:
“Belə olduqda əmək bazarında mövcud olan təzyiqləri azaltmaq məqsədilə qanunsuz miqrasiyanı gündəmə gətiriblər. Nəzərə almaq lazımdır ki, bir sıra fəaliyyət sahələrində Rusiyanın miqrantlara ehtiyacı var”.
R.Həsənov qeyd edib ki, baş verənlərin indiki halda ölkəmizə təsirləri arzuolunan deyil:
“Xüsusilə pandemiya əmək bazarındakı vəziyyəti gərginləşdirir, sosial-iqtisadi göstəriciləri zəiflədir. Belə şərtlər daxilində bazarlarda fəaliyyət göstərən və gəlir əldə edən şəxslərin işsiz kimi Azərbaycana qayıtması bir tərəfdən əmək bazarında təzyiqləri artıracaq. Bütün bunlar sosial-gərginliyə də səbəb ola bilər.
Digər məqam isə odur ki, bölgələrin sosial təminatında Rusiyadan göndərilən vəsaitlərin rolu böyükdür. Xüsusilə cənub bölgəsində-Lənkəran, Astara və Masallı camaatının oradan ailələrinə göndərdikləri vəsait həmin ailələrin yaşayış təminatı üçün əsas maliyyə bazası hesab olunur”.
İqtisadçının fikrincə, baş verənlər ölkəmizdə cinayətkarlığın da genişlənməsinə səbəb ola bilər:
“Hökumət bu məsələni hər zaman diqqətdə saxlamalıdır. Çünki işsizlik, aqressiya və gərginlik insanların bir qismini qeyri-qanuni fəaliyyətlərə maraq göstərməsinə səbəb ola bilər. Əsasən də cənub bölgəsindəkilər narkotik ticarətinin iştirakçısı ola bilərlər. Bu da ölkəmizdə cinayətkarlığın səviyyəsinin artmasına zəmin yaradacaq.
Hökumət bununla bağlı ciddi addımlar atmalıdır. Lakin bütün bunlardan əvvəl ilk olaraq Rusiya ilə müəyyən danışıqlara getməlidir. Qərarın təsirlərinin aradan qalxması istiqamətində nəticələr əldə edilməlidir.
Hökmət həmçinin çalışmalıdır ki, miqrantların Rusiyada fəaliyyətinin leqallaşdırılması ilə bağlı Azərbaycan tərəfindən asılı olan rəsmi sənədləri gözdən keçirilsin.
Lazım gəldikdə bu proses ölkəmiz tərəfindən sürətləndirilməklə miqrantların müəyyən qisminin miqrasiyasını rəsmiləşdirməsi üçün şərait yaradılmalıdır”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya