Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar
11:29 21.07.2025
Maraqlı
331
Alimlər Ay torpağından su çıxarıb, bunu oksigen və kimyəvi yanacağa çevirə bilən texnologiya hazırladıqlarını açıqlayıblar.
Sherg.az xəbər verir ki, Honq Konq Çin Universitetindən tədqiqatçılar Ay torpağından su çıxara bilən, daha sonra bu suyu oksigen və kimyəvi yanacağa çevirə bilən texnologiya hazırlayıblar. Yeni araşdırmaya əsasən, Ay torpağı həyatı davam etdirmək üçün də potensial daşıyır.
"Euronews" xəbər portalının məlumatına görə, alimlərin inkişaf etdirdiyi bu texnologiya Ay torpağından su əldə olunmasına və bu suyun karbon qazını oksigen və kimyəvi yanacağa çevirmək üçün istifadə olunmasına imkan yaradır.
"Cell Press" jurnalında dərc olunan araşdırmada bu texnologiyanın “gələcəkdə dərin kosmosda həyata keçiriləcək kəşflər üçün yeni imkanlar aça biləcəyi” qeyd olunur. Texnologiya sayəsində Ay səthinə su kimi əsas ehtiyatların daşınması üçün tələb olunan xərclərin də azaldıla biləcəyi vurğulanır.
Araşdırmada qeyd edilir ki, cəmi bir qallon (təxminən 3,78 litr) suyun raketlə kosmosa göndərilməsinin dəyəri 83 min ABŞ dollarına başa gəlir. Bir astronavt isə gündə orta hesabla 4 qallon – yəni 15,16 litr suya ehtiyac duyur.
Tədqiqatın əsas müəllifi Lu Vanq açıqlamasında deyib: “Ay torpağındakı bu "sehri" heç vaxt tam şəkildə təsəvvür etməmişdik.”
Digər tərəfdən, araşdırmaya əsasən, hazırda Ay səthindən su çıxarmağa yönəlmiş mövcud strategiyalar bir neçə yüksək enerji tələb edən mərhələdən ibarətdir və istifadə olunan karbondioksidin miqdarını da izah etmir.
Bundan əlavə, Ayın “ekstremal” mühiti – kəskin temperatur dəyişiklikləri, radiasiya və aşağı cazibə qüvvəsi – torpaqdan daha çox oksigen və su əldə etməyi çətinləşdirən faktorlar arasında göstərilir.
Daha bir çətinlik isə astronavtların nəfəsilə yayılan karbon qazının, ekipajın ehtiyac duyduğu bütün su, oksigen və yanacağı təmin etmək üçün kifayət etməyəcəyidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya