Sürücülük zəfəri: 65 yaşlı nənə nəvəsinə və gənclərə meydan oxudu
01:23 25.07.2025
Maraqlı
355
Şanlıurfanın Ceylanpınar bölgəsində yaşayan 65 yaşlı Süphiyə Dəmirəl nəvəsini sürücülük vəsiqəsi əldə etmək üçün imtahana aparıb. Nəvəsinin imtahanını izləyən nənə, qərara gəlib ki, özü də imtahan versin və sürücülük vəsiqəsi alsın.
Sherg.az “Milliyet.com.tr”yə istinadən bildirir ki, S.Dəmirəl sürücülük kursuna yazılıb və səkkiz aylıq təlimdən sonra imtahan verib. O, ilk yazılı imtahanında 82 bal toplayıb və ilk cəhdində sürücülük imtahanından keçib. Nəvəsindən əvvəl lisenziyasını alan Dəmirəl bu hissi hər kəsin yaşaması lazım olduğunu söyləyərək sevincini dilə gətirib. İlk sınaqdan uğurla keçən Süphiyə Dəmirəl, "65 yaşım var, sürücülük vəsiqəmi yeni aldım. Çox xoşbəxtəm. Nəvəmi imtahana gətirmişdim. Onu görəndə çox həyəcanlandım. Məndə sürücülük vəsiqəsi almağa istək yarandı. Belə şeylərə gəlincə, bir az qərarlıyam. Çox çalışdım. Səkkiz ay oxudum, öyrəndim. Çox şükürlər olsun ki, kursu bitirdim. İmtahanı qazandım. Öyrənmək üçün heç bir yaş məhdudiyyəti yoxdur”, deyib. Kurs müəllimi Sözdər Dayan, Süphiyə Dəmirəlin əzminə heyran olduğunu ifadə edərək, "Süphiyə bizə müraciət etdi, sürücülük kursu keçmək istədiyini dedi. O, əzmlə dolu idi, biz də onun müraciətini qəbul etdik. Bir çox tələbəmizə ilham qaynağı oldu. Ona vəsiqəsini verdik, təbrik etdik. Bütün imtahanları bir dəfəyə verdi, biz də onun əzminə, çalışqanlığına heyran olduq" deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya