Tədqiqatçıların ağzı açıq qaldı: Google Antik Roma sirrini açır
11:57 24.07.2025
Maraqlı
291
"Google"un hazırladığı yeni süni intellekt vasitəsi – “Aeneas”, Antik Roma dövrünə aid yazıların deşifrə edilməsini asanlaşdıracaq.
Sherg.az xəbər verir ki, tarixçilərlə əməkdaşlıq çərçivəsində yaradılan Aeneas, təxminən 16 milyon simvoldan ibarət 200 mindən çox tanınmış Latınca yazı üzərində öyrədilib.
Troya qəhrəmanı Aeneasın adını daşıyan bu alət, yalnız söz oxşarlıqları əsasında deyil, tarixi kontekstlərə əsasən də mətnləri təhlil edə bilir. Sistem yazıların aid olduğu dövrü və coğrafiyanı müəyyən edə, həmçinin itkin sözlər üçün təkliflər irəli sürə bilir.
“Nature” jurnalında dərc olunan araşdırmada 23 tarixçi Aeneasdan istifadə edərək yazıları təhlil edib və alət 90% dəqiqliklə məntiqli təxminlər verib. Məsələn, Avqustusun “Res Gestae Divi Augusti” adlı məşhur yazısı üzərində aparılan test zamanı alət, alimlər arasında uzun müddət müzakirə mövzusu olan iki fərqli yazılma tarixini ehtimal kimi təqdim edib.
Araşdırmanın baş müəlliflərindən olan Thea Sommerschield, Aeneasın təqdim etdiyi nəticələrə istinad edərək deyib:
“Bunlar bizim üçün ağzımızı açıq qoyan anlar idi.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya