Audiovizual Şura “Baku TV”-yə xəbərdarlıq edib
13:24 01.02.2024
Media
969
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib və "Baku TV" kanalının efirində yayımlanan, sonradan həmin kanalın veb-saytında və sosial şəbəkə platformalarında yerləşdirilən, habelə digər onlayn media subyektlərinin saytlarında yayımlanaraq geniş rezonans doğuran “Arzunun vaxtı” proqramının 29 yanvar 2024-cü il tarixli buraxılışnda yer alan mövzu müzakirə olunub.
Audiovizual Şuradan APA-ya verilən xəbərə görə, həmin proqram 16 yaşlı yeniyetmə qız və 32 yaşlı fiziki əlilliyi olduğu bildirilən gəncin evlənməsinə həsr olunub, onlardan müsahibə alınıb. Məlum olub ki, həmin yeniyetmə qız və gənc oğlan artıq bir neçə müddətdir ki, öz istəkləri ilə birgə ər-arvad münasibətlərində yaşayır və yaxın zamanlarda (qızın 17 yaşı tamam olanda) nikah bağlamalarını nəzərdə tuturlar.
Proqram zamanı onun aparıcısının bir neçə dəfə 18 yaşına çatmamış şəxsin qeyri-nikah əlaqələrində olaraq digər şəxslə birgə yaşama faktını pisləyən mesajlar verməsinə baxmayaraq, verilən suallar, həmin suallara cavablar, bu əməli etmiş şəxslər üçün yardım toplanması kampaniyasının keçirilməsi halı, əslində erkən nikahın əks-təbliği üçün nəzərdə tutulan proqramı faktiki olaraq həmin erkən nikahın təbliğinə yol açan vasitəyə çevirib.
Audiovizual Şuranın mütəxəssislərinin apardıqları monitorinqlər və tərtib olunmuş hüquqi rəyə əsaslanaraq bildiririk ki, qeyd olunmuş fakt, yəni, müsahibə zamanı aparıcı və müsahiblər arasında dialoqda səsləndirilən fikirlər "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.2-ci maddəsində öz əksini tapmış "cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya", eyni zamanda həmin Qanunun 4.2.4-cü maddəsində nəzərdə tutulmuş "ailə institutunu nüfuzdan salan informasiya" olmaqla uşaqlar arasında dovriyyəsi qadağan edilən informasiyaya aid oluna bilər. "Media haqqında" Qanunun 14.1.15-ci bəndinə əsasən, mediada dərc olunan və ya yayımlanan informasiyada "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir. Bu səbəbdən yuxarıda qeyd olunan müsahibə eyni zamanda bu müddəanın da pozulması və nəticə olaraq inzibati xəta kimi təfsir oluna bilər.
Audiovizual Şuranın üzvləri müzakirələr aparıb və ümumi mövqe o olub ki, proqramda işıqlandırılan hadisə və mövzu birtərəfli və natamam şərh olunub, bir sıra qanunvericilik tələbləri pozulub. "Baku TV" kanalının efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq Audiovizual Şuranın üzvləri yayımçıya yalnız xəbərdarlıq edilməsini dəstəkləyib, ümumən bütün media nümayəndələrinə belə həssas hadisələrin müzakirəsi zamanı daha peşəkar olmalarını, müvafiq dövlət qurumları ilə kommunikasiya yaradaraq hadisənin daha dolğun işıqlandırmalarını, ümumən qanunvericiliyin tələblərini və ümumi qəbul olunmuş ictimai normaları əsas tutmalarını tövsiyə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
19:20 27.08.2026
Futbol
Lukaşenko Rusiyaya səfər etdi
19:10 27.08.2026
Dünya
Ərdoğan Tokayevlə danışdı
18:59 27.08.2026
Gündəm
Skott Bessent İranı maliyyə resurslarını xalqa ayırmağa çağırıb
18:35 27.08.2026
Dünya
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya