Fazil Mustafa Akif Aşırlını təbrik edib
09:36 15.02.2024
Media
1243
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Şərq” qəzetinin qurucu-baş redaktoru, “Azərbaycan Türk Ocağı”nın başqanı, Mətbuat Şurası İdarə heyətinin üzvü, Əməkdar jurnalist Dr. Akif Aşırlını 55 illik yubileyi ilə bağlı təbrik edib. Təbrik məktubunda deyilir:
“Hörmətli Akif müəllim,
Sizi 55 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, elmi, ictimai və yaradıcı fəaliyyətinizdə yeni uğurlar diləyirəm!
Siz ölkəmizin özünəxas zəngin mədəni yaradıcılıq gələnəyinə sahib Qazax rayonunun Daş Salahlı kəndində boya-başa çatmış, ən qocaman ali təhsil ocağımız olan Bakı Dövlət Universitetində təhsil almısınız.
Siz hələ orta məktəb illərindən başlayaraq dövri mətbuatda müxtəlif tür və mövzuda olan yazılarla çıxış etmisiniz. 1996-cı ildə “Şərq” qəzetini təsis etmişiniz; ondan öncə bir sıra digər qəzetlərdə peşəkar jurnalistlik fəaliyyəti ilə məşğul olmusunuz.
“Ağlama, Damcılı bulağı”, “Türkün Xocalı Soyqırımı”, “Nəriman Nərimanovun Kremldə qətli”, “Cümhuriyyət mətbuatında Qafqaz İslam Ordusu”, “Sarıqamış əsirlərinin dramı – Nargin”, “Azərbaycanda Türk Ocağı”, iki cildlik “Azərbaycan mətbuatı tarixi” kitablarının müəllifi, “Bağanis-Ayrım Soyqırımı” kitabının həmmüəllifisiniz. Əsərlərinizin bir neçəsi qardaş Türkiyədə, habelə Gürcüstan, Ukrayna və başqa ölkələrdə yayınlanıb.
Qafqaz Türk-İslam Ordusu, Cumhuriyyət dönəmi və mətbuat tarixmiz sizin elmi əsərlərinizə, araşdırmalarınıza mövzu olub. – Çoxsaylı elmi-publisistik məqaləniz elm, mədəniyyət və ictimai xadimlərin, gənc araşdırmaçıların marağına səbəb olub.
Siz Mətbuat Şurası İdarə heyətinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz, digər ictimai görəvlər daşıyırsınız və öz fəal ictimai mövqeyinizlə seçilirsiniz. 2019-cu ildə bir qrup aydınımızla birgə (1918-1920-ci illərdə mövcud olmuş) “Azərbaycan Türk Ocağı”nı bərpa etmisiniz və bu ictimai birliyin başqanısınız.
2005-ci ildə jurnalistikanın inkişafında xidmətlərinizə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında “Tərəqqi” medalı, 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti - 100” yubiley medalı, 2020-ci ildə isə Əməkdar jurnalist fəxri adı ilə təltif olunmusunuz.
Baş qərərgahı Anakarada yerləşən “Türk Ocağı” Yönətim Kurulunun qərarı ilə 2022-ci ildə “Yusuf Akçura” ödülünə, bir sıra digər ictimai ödüllərə layiq görülmüsünüz.
Sizi yaradıcılıq uğurlarınız və yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət