MEDİA, Audiovizual Şura və Mərakeşin media nümayəndələri bir arada!
17:21 06.02.2024
Media
1123
Fevralın 6-da Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndələrinin ölkəmizdə səfərdə olan Mərakeşin nüfuzlu media orqanlarının nümayəndələri ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanından irəli gələrək ölkəmizdə media sahəsində həyata keçirilən islahatların mahiyyəti, “Media haqqında” Qanunun məqsədləri, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlər haqqında geniş məlumat verib. Əhməd İsmayılov ikitərəfli əməkdaşlığın genişləndirilməsi və fəal informasiya mübadiləsinin aparılması baxımından qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıb.
Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycanda fəaliyyət göstərən audiovizual media subyektləri haqqında, televiziyada reklamın yayımlanması, reytinq ölçülməsi sisteminin fəaliyyəti barədə məlumatları qonaqların diqqətinə çatdırıb.
Mərakeşli jurnalistlər görüşün təşkilinə görə təşəkkürlərini bildirib, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media sahəsində effektiv təcrübələrin paylaşılmasının zəruriliyi məsələlərinə toxunublar.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət