
Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı təmin olunmalıdır -ŞƏRH
12:54 30.09.2024
Aktual
715
Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında bildirib ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Prezident torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözlədiyini bildirib. İlham Əliyev vurğulayıb ki, Böyük Qayıdış proqramı artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik.
Politoloq Turan Rzayev “Sherg.az”a bildirib ki, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayıb:

“Azərbaycana qələbə gətirən əsas faktorlardan biri zəfərə olan inam və işğalla barışmazlığımız idi. Biz bu inamı 44 günlük Vətən müharibəsində və lokal xarakterli antirerror tədbirlərində gördük. Yəni ön və arxa cəbhədə xidmət edənlərin fədakarlığı, biri-birinə dəstəkləri, xalq və hakimiyyət birliyi məsələnin necə ciddi olduğunu və xalqın yaddaşından silinmədiyini sübut etdi. Nəticə etibarilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və bu gün Böyük Qayıdış, bərpa prosesi fonunda işğaldan azad olunan ərazilərə qayıdışın şahidi oluruq. Təbii ki, bu prosesin növbəti dalğası Qərbi Azərbaycanla bağlıdır. Qərbi Azərbaycan bölgəsi beynəlxalq hüquqla Ermənistanın əraziləri sayılsa da, əslində azərbaycanlı soydaşlarımız öz ata-baba yurdlarına qayıtmalıdırlar. Cənap Prezident İlham Əliyev dəfələrlə çıxışlarında sözügedən məsələyə toxunub. O bildirirdi ki, “bizim soydaşlarımız sülhlə öz yurdlarına qayıdacaqlar”. İlham Əliyev bununla qarşı tərəfə nə demək istədiyini aydın şəkildə ötürür. İlham Əliyev soydaşlarımızın qayıtmasını Aşıq Ələsgərin abidəsinin açılış mərasimində növbəti dəfə dilə gətirməsi Ermənistana xəbərdarlıq mahiyyəti və Qərbi Azərbaycanlılara sitimul xarakteri daşıyır. Ermənistanın sülhdən yayınması onun üçün yaxşı heç nə vəd etmir. Yaxşı olar ki, sülh müqaviləsi imzalansın, kommunikasiyalar açılsın, gediş-gəliş bərpa olunsun və Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı təmin olunsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual