Sərt açıqlama: “...Dərhal anti-terror əməliyyatına başlayacağıq”
Banuçiçək Kalbalıyeva
09:45 10.06.2021
Müsahibə
1170
Məlum olduğu kimi, bu günlərdə ermənilər Laçın istiqamətində növbəti təxribata cəhd ediblər. Diversant yaxalanıb və əməlin qarşısı alınıb. Bu, ilk belə cəhd deyil. Düşmən əvvəllər də bir neçə dəfə pozuculuq fəaliyyətinə çalışmışdı. Həm erməni siyasətçilərinin səsləndirdikləri bəyanatlar, həm də törədilən əməllər onu deməyə əsas verir ki, düşmən revanşist niyyətindən əl çəkmək niyyətində deyil. Başqa sözlə, “Dəmir yumruğ”un dadından doymayıb...
“Sherg.az” olaraq sərhəddə baş verən son proseslər və Ermənistandakı daxili vəziyyətlə bağlı politoloq Tofiq Abbasovla müzakirə apardıq.
-Laçın istiqamətindəki təxribat barədə nə düşünürsünüz?
-Hazırda baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan vəziyyətə nəzarəti itirib. Daxildə başıpozuqluq var. Şübhəsiz ki, ermənilər Azərbaycan ordusundan qorxurlar. Amma təxribatçılıq niyyətlərindən də əl çəkmirlər. Paşinyanın rəqibləri, o cümlədən “Qarabağ klanı” Azərbaycanla Ermənistan arasında gərginlik yaratmağa çalışır. Lakin bütün hallarda ordumuz sərəhəddəki situasiyanı öz nəzarətində saxlayıb.
-Ermənilər hələ də dinc dayanmırlarsa, növbəti lokal toqquşma ola bilər?
-Düşmən həddini aşsa, dərhal anti-terror əməliyyatına başlayacağıq. Prezident İlham Əliyevin də dediyi kimi, “Dəmir yumruq” daim havadadır. Üstəgəl, rus sülhməramlıları ilə də müntəzəm təmaslarımız var.
-Moskva tərəflər arasındakı vəziyyətin stabil qalmasında maraqlıdırsa, niyə Ermənistana ultimatum göndərmir?
-Məsələ ondan ibarətdir ki, Ermənistanda mərkəzləşmiş hakimiyyət yoxdur. Daxildə parçalanma gedir. Hətta erməni dövlətçiliyinin özü sual altındadır. Güc strukturları pərakəndə fəaliyyət göstərirlər. Xaos getdikcə dərinləşir. Belə olan halda vahid komandaya tabe olmaq inandırıcı deyil. Fikrimcə, iyunun 20-si Ermənistan üçün sınaq günü olacaq.
-Yeri gəlmişkən, seçkilərin nəticəsi barədə proqnozlarınız nədir?
İstisna etmirəm ki, Paşinyan seçkiləri ləğv edəcək və ölkədə fövqəladə vəziyyətlə bağlı əmr verəcək. Beləliklə, bütün siyasi rəqiblərini neytrallaşdırdıqdan sonra öz hakimiyyətini bərpa edəcək.
-Daxildəki çəkişmələr Ermənistanı hara aparır?
-Ermənilər dövlətçiliklərini qura bilməyiblər. Sadəcə söz qəhrəmanıdırlar. Millətin formalaşması da “naqolay” vəziyyətdədir. Çünki özlərini kateqoriyalara bölürlər. Məsələn, Qarabağ ermənilərinə “ikinci növ” kimi yanaşırlar. Dünya sivilizasiyasına töhfə vermələri isə boş iddialardır. Onda özlərini niyə inkişaf etdirməyiblər?! Odur ki, Ermənistanın problemləri getdikcə artacaq və məhvə doğru gedəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol