Türkiyəli hüquqşünas: “Kremlin bölgədəki mövcudluğu üçün hüquqi əsas qalmayacaq”
Banuçiçək Kalbalıyeva
08:58 02.07.2021
Müsahibə
2401
Azərbaycanın Qarabağ müharibəsində qazandığı parlaq zəfər sözün əsl mənasında dillərdə dastan oldu. Artıq ayrı-ayrı hərbi məktəblərdə uğur taktikamızdan danışılır. Həmçinin qələbəmizlə bağlı fərqli əsərlər yazılmaqdadır. Türkiyəli hüquqşünas, vəkil Ferhat Aznevi də bu prosesdən geri qalmadı. Onun “Türkiyə və Azərbaycan ortaq erməni problemi, Dağlıq Qarabağ və 10 noyabr 2020 atəşkəs andlaşması” kitabında 44 günlük döyüşlərin siyasi nəticəsi geniş təhlil edilib.
Odur ki, “Sherg.az” olaraq müəlliflə əlaqə saxladıq və kitab haqqında daha ətraflı öyrəndik.
- Necə oldu ki, belə bir əsər yazdınız?
-Birinci Qarabağ müharibəsindəki itkiləri Türkiyədə eyni universitetin yataqxanasında qaldığımız azərbaycanlı dostlarımızla birlikdə yaşamışdıq. Həmin çətin günlərdə arda-arda itirilən torpaqlar barədə xəbərləri birlikdə izləmişdik. Odur ki, Azərbaycan və Türkiyəyə qarşı qoyulan erməni məsələsi əleyhinə mübarizə aparmaq hər birimizin işidir. Əsla unutmaq olmaz ki, yalnız 1918-ci ildəki Batum müqaviləsindən sonra İrəvan Ermənistana verilmişdi. Sonradan Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiaları bu iki dövləti bir-birinə daha da yaxınlaşdırmışdı. Sonradan vəziyyət dəyişdi, tarix öz hökmünü verdi. Məhz indiki həssas dövrdə, müharibədə qazanılan qələbənin siyasətdə də təsdiqlənməsi baxımından “Erməni problemi- Dağlıq Qarabağ və 10 noyabr 2020 atəşkəs andlaşması” kitabını yazdım. Fürsətdən istifadə edib professor Mətin Feyziğluna və Ankarada Azərbaycanın milli mübarizəsini müdafiə edən və türk ictimaiyyətinə tanıdan professor Aygün Attara minnətdarlığımı bildirirəm.
-Kitabda hansı məqamlar qabardılıb?
- Əvvəla onu deyim ki, Azərbaycan və Türkiyə üçün iki fərqli erməni problemi yoxdur. Və iki qardaş dövlətin bu problemi ayrılıqda həll edə bilmədiklərini tarix göstərib. Azərbaycan tarixi, o cümlədən Qarabağ həqiqətləri mənə yaxşı məlumdur. İkinci hissədə İkinci Qarabağ müharibəsi və 10 noyabr 2020-ci il razılığı hüquqi müstəvidə təhlilə cəlb edilib. Nəzərinizə çatdırım ki, Rusiyanın regiondakı varlığı məhz həmin üçtərəfli bəyanatın şərtləri ilə tənzimlənir. Tərəflərdən hansısa razılıqdan imtina etsə, Kremlin bölgədəki mövcudluğu üçün hüquqi əsas qalmayacaq.
-Bəs qardaş dövlət?
- Bildiyiniz kimi, Türkiyə üçtərəfli razılaşmada yox idi. Buna baxmayaraq, həmin sənədin beşinci maddəsinə uyğun olaraq yaradılan monitorinq mərkəzinin bərabərhüquqlu üzvüdür. Eyni zamanda rəsmi Ankara Naxçıvan Muxtar Respublikasının qarant dövlətidir. Bu, hələ illər əvvəl imzalanan Kars və Moskva müqavilələrində öz əksini tapıb. 10 noyabr bəyanatının tələblərinə zidd olaraq Ermənistanın regiondakı təxribatları bu gün də davam edir. Həmçinin silahlı qruplaşmalar hələ çıxarılmayıb. Kitabda bütün bu mövzular, o cümlədən rus sülhməramlılarının fəaliyyəti aydın işıqlandırılıb.
-Bundan sonra bənzər kitablar yazacaqsınız?
-Bəzi işlər üzərində çalışıram. Yəqin, tədqiqatların davamı gələcək. Onu da deyim ki, bu kitabın Azərbaycanda da nəşr olunmasını istərdim.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət