Türkiyəli professor: “Seçkilərdən sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri düzəlməyəcək”
Banuçiçək Kalbalıyeva
11:10 17.06.2021
Müsahibə
1331
Ermənistanda növbədənkənar parlament seçkilərinə cəmi üç gün qalıb. Namizədlərin təbliğat kampaniyası davam edir. Təbliğatın əsas elementi isə qarayaxma, şər və böhtandır. Bunu ayrı-ayrı siyasətçilərin səsləndirdikləri bəyanatlarda aydın görmək olar. Təsadüfi deyil ki, ictimai rəydə hələ ki, konkret qərar yoxdur. İnsanlar kimi dəstəkləyəcəklərini bilmirlər. Çünki ayrı-ayılıqda Paşinyanlardan, Köçəryanlardan, Sarkisyanlardan deyil...bütünlükdə siyasi elitadan beziblər. İndi onlar pislərin arasında ən az pis olanın hakimiyyətini arzulayırlar. Erməni xalqı saydığını saysın, fələk isə...
“Sherg.az” olaraq Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı türkiyəli professor, beynəlxalq məsələlər üzrə ekspert Yaşar Onayla söhbətləşdik:
- Hazırkı durumu necə qiymətləndirirsiniz?
- Ermənistanda xaos davam edir. Seçki marafonu bu gərginliyi daha da artırıb. İndi baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Qarabağın tarixi sahiblərinə, yəni Azərbaycana qaytarılmasına görə ittiham olunur. 90-cı illərin əvvəllərində torpaqlarımızı işğal edən keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan onu günahlandırırlar. Paşinyanın şansları azdır. Onun ən güclü rəqibi Köçəryandır. Amma başqa ciddi namizədlər də var.
- Məsələn kim?
- Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan. Onun yaratdığı “Vətən” partiyası ictimai rəydə çox tanınmır. Fəqət, adını çəkdiyim siyasətçi Sarkisyanla birlikdə ittifaq yarada bilər. Ümumiyyətlə, gözlənilməzliklər istisna deyil.
- Hansı gözlənilməzliklər?
- Bilirsiniz ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hansısa ittifaqa qoşulmayıb. O, seçkilərdə tək iştirak edəcək. Paşinyanın partiyasının şansı çox olsa da, bu, onun tək başına hakimiyyətə gəlməsi üçün kifayət deyil. Yəni Paşinyan iqtidarı üçün risk var. Ümumiyyətlə, mən hansısa partiya nümayəndəsinin tək başına hakimiyyəət gələcəyini düşünmürəm.
- Seçkilərin nəticəsindən sonra nələr dəyişəcək?
- Nəsə dəyişməyəcək. Məsələ ondan ibarətdir ki, namizədlərin hər birinin- həm iqtidarın, həm də müxalifətin kökləndiyi əsas məsələ Qarabağdır. Qarabağ onların təbliğat kampaniyalarının əsasını təşkil edir. Deməli, seçkilərdən sonra Azərbaycan və Türkiyə ilə münasibətlər düzəlməyəcək. Ermənistanın sabitliyə meyil göstərəcəyini düşünmək əbəsdir və xəyaldır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol