Böyük Qayıdış daha da tezləşəcək
Yusif Nəzərli
08:56 23.11.2022
Qarabağ
754
Qarabağ və Şərqi Zəngəzura 2026-ci ilədək 34 min 500 ailə köçürüləcək
“Azərbaycan Respublikasinin İşğaldan Azad Edilmiş Ərazilərinə Böyük Qayıdışa Dair” Dövlət Proqramının təsdiq edilməsi Böyük Qayıdışı daha da tezləşdirəcək". Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, proqramın əsas özəlliklərindən biri məhz fəaliyyətlər üzrə ünvanlılıq və sistemliliyin qorunmasıdır:
"Proqramda hər bir fəaliyyət üzrə müddət, məsul qurumlar və reallaşacaq əsas istiqamətlər nəzərə alınıb. İnfrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlığı kimi hədəflərin reallaşması üçün proqram 2022-2025-ci illər üzrə fəaliyyətləri və 2026-cı ildə yekun nəticələri özündə ehtiva edir.
Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. 2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, gələn il Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub. Büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulmuşdu.
Bu isə o deməkdir ki, 3 il ərzində Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan ərazilərimizə mütəmadi səfərləri də quruculuq işlərinin intensiv həyata keçirilməsinə xüsusi zəmin yaradır.
Bu, işğaldan azad olunan ərazilərimizin daha qısa zamanda bərpasının Azərbaycan üçün prioritetliyini bir daha təsdiq edir. Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-ci ilədək 34 min 500 ailə köçürüləcək. Bu, növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir. Qayıdışımız mübarək və daimi olsun!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya