Çünki ermənilərin Hadruta qayıtması rus sülhməramlılarının da bu əraziyə daxil olması deməkdir və burada iki hədəf var. Siyasi hədəf odur ki, ermənilərin Hadruta qayıtması “status” məsələsində perspektiv imkanlar yarada bilər. Hərbi hədəf budur ki, Hadrut Şuşa, Laçın, Xankəndi ilə sərhəddir. Azərbaycan Ordusunun bu bölgədəki mövqeyi ermənilərin yaşayacağı Xankəndi və Xocavəndin bir hissəsinə nəzarət imkanı verir. Ermənilər qayıdarsa və Hadrutda rus sülhməramlıları yerləşərsə, Rusiya bütün Araz boyu istiqamətinə - Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan – nəzarət etmək imkanı qazanır. Müharibə vaxtı Ermənistana gedən bütün erməni “qaçqın”ların məhz “Hadrut uğrunda” təşkilatı ətrafında birləşməsi də buna hesablanmış addımdır. İndi Lavrovun İrəvana gəlişi günü eyni tələblər yenidən gündəmə gətirilir. Moskva erməni qoşunların çıxarılmasından sonrakı dövrdə Qarabağda strateji üstünlük qazanmağa çalışır. Təbii ki, Bakının hər hansı güzəştə gedəcəyi mümkün deyil.
İndi də “Hadrut erməniləri” yalanını ortaya atıblar
Turan
06:03 08.05.2021
Qarabağ
822
Bu təxribatla Hadrut ərazisindən Şuşaya qədər uzanan Zəfər yolu keçəcək
"Zəfər yolu"na əngəl olmaq istəyirlər
Lavrovun İrəvana getdiyi gün “Hadrut erməniləri” Ermənistan Xarici İşlər Nazirliyinin önündə aksiya keçiriblər. Ermənilər sülhməramlılardan hazırda nəzarət etdiyi ərazilərdən başqa Hadruta qayıtmağı da tələb ediblər. Bu, rusların erməni qoşunların Qarabağdan çıxarılmasından sonra ehtiyatda saxladıqları “Hadrut planı”nın tərkib hissəsidir.
Çünki ermənilərin Hadruta qayıtması rus sülhməramlılarının da bu əraziyə daxil olması deməkdir və burada iki hədəf var. Siyasi hədəf odur ki, ermənilərin Hadruta qayıtması “status” məsələsində perspektiv imkanlar yarada bilər. Hərbi hədəf budur ki, Hadrut Şuşa, Laçın, Xankəndi ilə sərhəddir. Azərbaycan Ordusunun bu bölgədəki mövqeyi ermənilərin yaşayacağı Xankəndi və Xocavəndin bir hissəsinə nəzarət imkanı verir. Ermənilər qayıdarsa və Hadrutda rus sülhməramlıları yerləşərsə, Rusiya bütün Araz boyu istiqamətinə - Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan – nəzarət etmək imkanı qazanır. Müharibə vaxtı Ermənistana gedən bütün erməni “qaçqın”ların məhz “Hadrut uğrunda” təşkilatı ətrafında birləşməsi də buna hesablanmış addımdır. İndi Lavrovun İrəvana gəlişi günü eyni tələblər yenidən gündəmə gətirilir. Moskva erməni qoşunların çıxarılmasından sonrakı dövrdə Qarabağda strateji üstünlük qazanmağa çalışır. Təbii ki, Bakının hər hansı güzəştə gedəcəyi mümkün deyil.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Şərq”ə bildirib ki, ermənilər hər zamanki kimi bir neçə istiqamətdə fəaliyyət göstərir və verdikləri sözə əməl etmirlər. QAT rəhbərinin fikrincə, hökumət başçısı Nikol Paşinyan Lavrovla görüşündə “danışıqlara hazır olduğunu”, “üçtərəfli bəyanatın müddəalarına əməl edəcəklərini” desə də, müəyyən qüvvələr əl altından öz məkirli planlarını icra edirlər:
“Amma mümkün deyil ki, ermənilərin içində olan müəyyən qrupların təxribatçı hərəkətlərindən Yerevanın xəbəri olmasın. Hakim komanda sərhəd bölgəsində və digər yerlərdə törədilən qanunsuz hərəkətlərdən məlumatlıdır və zaman-zaman bu kimi olayların meydana çıxmasına bilərəkdən imkan yaradır. İndi də məhz Lavrovun səfəri günü uydurma “hadrutlular”, “hadrut erməniləri” yalanını ortaya atıblar. Hadrut Azərbaycan ərazisidir və bizim şanlı ordumuz tərəfindən düşməndən döyüşlə azad olunub. Məqsəd dünya ictimaiyyətinin diqqətini yenidən bu bölgəyə çəkmək, ermənilərə “təzyiq” edildiyi yalanına onları inandırmaqdır. Ən əsası isə bu məsələ üzərindən rəsmi Bakıya təzyiq göstərməkdir. Məğlub durumda olan ermənilər son anda nəsə qopartmaq üçün dəridən-qabıqdan çıxırlar. Hadrut ərazisindən Şuşaya qədər uzanan Zəfər yolu keçəcək. Düşmən tərəfi “Hadrut erməniləri” planı ilə bu marşrutun reallaşmasına mane olmaq istəyir. Ermənilər yolun Qırmızı Bazardan keçməsini istəmədiklərini bəyan edirlər. İddia edirlər ki, guya, Qırmızı Bazar deyilən yerdə minlərlə erməni yaşayır və s. Əlbəttə, bu, uydurmadır. Həmin bölgədə 50-60 erməni də qalmayıb”.
A.Nağı vurğulayıb ki, ermənilər rusların köməkliyi ilə Azərbaycanın güclü və qalib mövqeyini zəiflətmək üçün müxtəlif təxribatlara əl atacaqlar:
“Amma inanmıram ki, Moskva rəsmi Bakıya verdiyi sözlərdən sırf ermənilərə görə vaz keçsin. Lavrov Ermənistana səfəri zamanı əsas hədəfin kommunikasiyaların bərpası olduğunu vurğuladı. Bölgədə nəqliyyatın infrastrukturunun qurulması və bunun dinc yolla başa çatması ilk növbədə Kremlin özü üçün lazımdır. O baxımdan Moskva hələlik verdiyi vədlərə əməl edir və Yerevanı da buna razı salır. Azərbaycan tərəfi də mövqeyini qəti və davamlı şəkildə ortaya qoymalı, hədəflərindən bir addım da olsa geri çəkilməməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya