Müharibədə öldürülmüş 71 erməni hərbçi qeydiyyatsız dəfn olunub
03:41 18.04.2021
Qarabağ
787
Ermənistanın “Razm.info” saytı ikinci Qarabağ müharibəsində öldürülmüş, lakin ölümləri qeydiyyata alınmamış hərbçilərin siyahısını açıqlayıb.
“Report” xəbər verir ki, mətbu orqan 72 hərbçinin ad-soyadını, doğulduqları yerləri, hətta müharibə zamanı hansı istiqamətdə, ötən il ayın neçəsində öldürüldüklərini açıqlayıb.
Qeyd edilir ki, ölkənin rəsmi mənbələri hərbçilərin ölümləri barədə hələ də heç nə bildirmirlər. Hərçənd onlardan əksəriyyət bir neçə ay əvvəl dəfn edilib.
"Üçtərəfli bəyanatın imzalanmasından 5 aydan çox vaxt keçdi, ancaq rəsmi mənbələr müharibədə həlak olanların ümumi siyahısını dərc etmədi. Müxtəlif dövlət strukturları - Müdafiə Nazirliyi, Hərbi Qulluqçuların Sığortası Fondu və başqaları daim müxtəlif natamam siyahılar dərc edir, hansıların ki, içində təkrarlar, səhvlər var. Məmurlar tərəfindən və dövlət idarələrinin nümayəndələri tərəfindən təqdim edilən siyahılar bir-birinə ziddir, rəqəmlər ikimənalıdır və ya qeyri-müəyyən qısa fikirlərdən tez-tez istifadə olunur”, - deyə sayt vurğulayıb.
Mətbu orqan qeyd edib ki, bir qrup şəxsdən ibarət komanda artıq 5 aydır açıq mənbələrdən istifadə edərək həlak olanların vahid siyahısını yığmağa çalışır. Ölən hərbçilər barədə məlumatları onlara əsgər və zabitlərin qohumları verib. Beləliklə sayt müharibə zamanı öldürülmüş daha 71 hərbçinin ad və soyadını dərc edib. Siyahıda əsgərlərlə yanaşı, leytenant, kapitan, hətta mayor rütbəli zabitlərin də ad-soyadları var. “Razm.info” bir daha rəsmi mənbələrin bu hərbçilər barəsində hələ susduqlarını vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə