
Qarabağa yeni “qan vurulur”! – “Hər guşəsində yenidənqurma işləri...”
Yusif Nəzərli
13:52 22.11.2022
Qarabağ
2167
İşğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturunun qurulması layihələrinin icrası xüsusi diqqət mərkəzində saxlanılır. Bunu Prezident İlham Əliyevin həmin ərazilərə mütəmadi səfərləri, görülən işlərdə yerində tanış olması da göstərir.
Qarabağ və Şərqi Zəngəzurda bütün işlər plan üzrə gedir. Hazırda Qarabağ və Şərqi Zəngəzur qaynar tikinti meydanını xatırladır. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün təsdiqlənmiş baş planlara uyğun olaraq yaşayış məhəllələri salınır, yollar çəkilir, kəndlər "ağıllı" konsepsiyalarla yenidən qurulur.
Qarabağ və Şərqi Zəngəzurun cənnətməkana çevrilməsi ilə bağlı "Sherg.az"a danışan millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycan Ermənistanla müqayisədə dağıdıcı yox, qurucu ölkədir:
"Bu, dünyadakı imicimizin yeni formada qəbul olması ilə nəticələnir. Erməni vəhşiliyi isə ifşa edilir. Hər iki istiqamətdə işləri davamlı gerçəkləşdirəcəyik. Vətəndaşlarımız torpaqlarına tezliklə qayıtmalıdır. Qarabağda bərpa və yenidənqurma işləri regiona yeni nəfəs gətirəcək".

Millət vəkili Aqil Abbasın qənaətincə, azad olunmuş ərazilərə "Böyük Qayıdışı" layihəsi hökumətə verilib və sənədə baxılmaqdadır:
"Ermənistanın işğalı altında qalmış regionda bütün sosial, iqtisadi və ictimai infrastruktur tamamilə məhv edilmişdi. İndi isə çox gözəl işlər görüləcək, hətta bir qisim bərpa işləri artıq həyata keçirilib. 2021-ci ildə qısa müddət ərzində Qarabağda yeni infrastruktur layihələrinin yaradılmasının və icrasının şahidi olduq. 3 gün əvvəl Ağdama getmişdim. Qarabağın hər guşəsində, Ağdamda da yenidənqurma işləri aparılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya