İddia edilib ki, Qarabağda Azərbaycan tərəfinin müşahidəsi altına düşən ərazilərin monitorinqinin gücləndirilməsi planlaşdırılır. Bundan əvvəl isə rus sülhməramlılarının yaratdığı şəraitdən istifadə edərək Xankəndiyə qayıdan və separatçı fəaliyyətlərini davam etdirən qondarma “daxili işlər naziri” Karen Sarkisyanın əmri ilə Şuşakənd-Dağyurd-Qırmızı Bazar yolu üzərində quraşdırılmış “polis” nəzarət-buraxılış məntəqəsində növbətçilik gücləndirilib.
Qarabağda anti-terror əməliyyatı gözləniləndir
Turan
03:39 20.04.2021
Qarabağ
969
"Qanunsuz və təhlükəli fəaliyyət separatçıların özbaşına görəcəyi iş deyil"
Burada Rusiya sülhməramlılarının havadarlığı, bəlkə də birbaşa rolu və təlimatı var
Separatçı ermənilər Qarabağdakı rus sülhməramlılarının məsuliyyət zonasına daxil yollarda “yeni nəzarət məntəqələri” yaratmaq niyyətinə düşüblər. Özünü “Qarabağ polis”inin rəisi kimi təqdim edən separatçı Artyom Arutyunyan Şuşa-Xankəndi magistral yolunda, həmçinin, Xankəndi-Şuşakənd nəzarət-keçid məntəqəsində olub.
İddia edilib ki, Qarabağda Azərbaycan tərəfinin müşahidəsi altına düşən ərazilərin monitorinqinin gücləndirilməsi planlaşdırılır. Bundan əvvəl isə rus sülhməramlılarının yaratdığı şəraitdən istifadə edərək Xankəndiyə qayıdan və separatçı fəaliyyətlərini davam etdirən qondarma “daxili işlər naziri” Karen Sarkisyanın əmri ilə Şuşakənd-Dağyurd-Qırmızı Bazar yolu üzərində quraşdırılmış “polis” nəzarət-buraxılış məntəqəsində növbətçilik gücləndirilib.
Heç şübhəsiz, Ermənistanın birbaşa dəstəyi ilə həyata keçirilən bu separatçı fəaliyyət 10 noyabr 2020-ci il bəyanatına ziddir və növbəti münaqişə ocağının yaranmasına xidmət edir. Bu isə bölgədə antiterror əməliyyatı keçirmək üçün Azərbaycana imkan verir.
AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə bildirib ki, bu cür qanunsuz və təhlükəli fəaliyyət separatçıların özbaşına görəcəyi iş deyil. Partiya rəhbərinin fikrincə, burada Rusiya sülhməramlılarının havadarlığı, bəlkə də birbaşa rolu və təlimatı var:
“Rusiya özünün regionda qalmasını əbədiləşdirmək üçün bölgədəki konfliktin tam həllində maraqlı deyil. Əksinə, qondarma rejimin tör-töküntülərinə dəstək o anlama gəlir ki, Moskva mövcud problemin daha da mürəkkəb hal almasında maraqlıdır. Kreml artıq bitmiş və məhv olmuş bir rejimin qalıqlarından yenidən nəsə düzəldərək Azərbaycana qarşı təhdid yaratmaq istəyir. Özü isə “sülh göyərçini” rolunda çıxış etmək həvəsindədir. Əlbəttə, buna qətiyyən imkan vermək olmaz. Konkret mövqeyimizi ortaya qoymalıyıq. Ultimativ qaydada həm Rusiyaya, həm də Ermənistana xəbərdarlıq mesajı verilməlidir. Beynəlxalq təşkilatlar separatçıların addımları ilə bağlı məlumatlandırılmalıdır. Əgər bu cür təxribatçı addımlar davamlı olarsa, Azərbaycan Ordusu dərhal Qarabağda anti-terror başlatmalıdır”.
T.Abbaslı vurğulayıb ki, 1989-cu ilin hadisələrinin təkrarlanmasına yol verməməliyik:
“O vaxtı da ermənilər buna bənzər hərəkət edirdilər, Xankəndinə gedən yollara “nəzarəti” ələ keçirirdilər, azərbaycanlıları sıxışdırırdılar. Görünür, ermənilər müharibənin acı nəticələrini unutduqca yenidən dirçəlməyə cəhd göstərirlər. 44 günü düşmənə yenidən xatırlatmalıyıq. Sadəcə siyasi yollarla deyil, hərbi vasitələrlə də mövqeyimizi təkrarlamalıyıq. PUA-larımız qondarma erməni postlarını separatçılarla birgə məhv etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə