Sensasion iddia: "Şuşaya "İsgəndər”i rus hərbçisi atıb"
Banuçiçək Kalbalıyeva
08:32 03.04.2021
Qarabağ
899
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov jurnalistlərə açıqlama verib. O, agentliyin Şuşada apardığı təmizləmə əməliyyatı zamanı martın 15-də iki müxtəlif yerdən raket qalıqları aşkar olunduğunu deyib. İ. İsmayılov, həmçinin bildirib ki, aparılan tədqiqat zamanı raketin üzərindəki 9M723 indeks kodu yoxlanılıb: "Məlum olub ki, bu, "İsgəndər" Operativ Taktiki Raket Komleksindən atılmış raketin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafə aşkarlanıb. Son aparılan araşdırmalar nəticəsində aşkarlananların "İsgəndər-M" raketinin qalıqları olduğu qənaətinə gəlinib".
Onun sözlərinə görə, hazırda partlayış yerində və ətrafda ilkin tədqiqatlar keçirilməkdədir.
“İsgəndər” raketi ətrafında müzakirələr isə səngimək bilmir. Hər halda düşmənin işidir…
Bu barədə “Sherg.az”a danışan hərbi ekspert Ədalət Vərdiyevin fikrincə, raketi erməni hərbçisi atmayıb:
“Ermənistanın sözegedəb raketlərdən istifadə edə bilən hazırlıqlı ekipajı yoxdur. 2016-cı ildə əldə edilən bu silahlar müxtəlif vaxtlarda təlimlərə cəlb olunsa da, nə vaxtsa onlardan sınaq atəşi açılmayıb.
Həmçinin Ermənistanın hərb məktəblərində həmin silahdan istifadə qaydası öyrədilmir. Odur ki, fikrimcə, raketi rus hərbçisi atıb.
Ola bilsin, o, rus ordusunda konkret vəzifədə xidmət edib, tərxis olunduqdan sonra Ermənistan silahlı qüvvələrində fəaliyyətə başlayıb. Bu variantı istisna etmirəm. Çünki müharibə vaxtı da gördük ki, Ermənistan ordusunun pilotlarının əksəriyyəti rus idi. Raketlərin hardan atılması isə o qədər də əhəmiyyətli deyil.
Uzaqmənzilli bu silahları daşımaq, bir yerdən başqa yerə aparmaq çox asandır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə