Şuşada bayram və cümə namazı qılınacaq
00:44 21.04.2021
Qarabağ
645
"Yalnız dini ibadətlər deyil, bütün belə dəyərlərin icrası bizim üçün çox qürurverici və fərəhdir"
“Ramazan bayramı namazının məhdud sayda Şuşa məscidində qılınması ilə bağlı fikirlərin səsləndirilməsi yaxşı təşəbbüsdür”. Bunu “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. Din xadimi bildirib ki, əgər bu təşəbbüs reallaşarsa, insanlar arasında coşquya səbəb ola bilər:
“Lakin bizdən asılı olmayan səbəblər, təhlükəsizlik məsələləri var. Bütün bunlar münasib olarsa, bu il və ya gələn il orada bayram namazı qılına bilər. Lakin təbii ki, gələcəkdə ərazilərimiz tam bərpa edildikdən sonra bütün bunlar real olacaq. Şuşada bayram və cümə namazları da qılınacaq. Hazırda Şuşa məscidində hərbçilərimiz ibadət edir. Keçən il Qurban bayramı namazı Heydər məscidində qılındı. Simvolik olaraq məhdud sayda insanla namaz qılındı, xütbələr oxundu. Bu, pandemiya dövründə ilk təşəbbüs oldu və canlı yayımlandı. İnsanlar tərəfindən rəğbətlə qarşılandı”.
Təklifə münasibət bildirən ilahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq"ə açıqlamasında bu, təklifi müsbət qarşıladığını deyib. İlahiyyatçı-alim vurğulayıb ki, Şuşa şəhəri hər bir azərbaycanlı üçün müqəddəs yerdir:
"Bugünədək hər bir azərbaycanlının ən böyük istəyi işğalda olan torpaqlarımızın düşməndən azad olması idi. Sevindirici haldır ki, artıq torpaqlarımız düşmənlərdən azad olunub. Hesab edirəm ki, bu təklif gözəl təklifdir.
Yalnız dini ibadətlər deyil, bütün belə dəyərlərin icrası bizim üçün çox qürurverici və fərəhdir. Bu təklifin Ramazan bayramına təsadüf etməsi də çox sevindiricidir. Çünki Şuşada və digər bölgələrimizdə olan məscidlərimiz düşmən tərəfindən təhqir olunmuşdur.
Orada bayram namazının qılınması bir daha dini məscidlərimizin abadlaşmasına böyük bir rəmzi ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə