Üçtərəfli öhdəliklərə tam əməl olunmalıdır
07:40 08.04.2021
Qarabağ
683
Ermənistan postmünaqişə dövründə vəziyyəti gərginləşdirməyə xidmət edən addımlardan çəkinməlidir
Qarabağda vəziyyətin normallaşması ən aktual və vacib problem olaraq qalır. Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə deyib. “Əlbəttə, ikitərəfli münasibətlərin qurulması baxımından danışacağımız bir çox məsələlər var və təbii ki, ən aktual, ən mühümü Dağlıq Qarabağda və ətrafındakı vəziyyətin normallaşmasıdır”, - Putin Moskvada Paşinyanla keçirdiyi görüşdə bildirib.
Mövzuya münasibət bildirən politoloq Nurlan Qələndərli "Şərq"ə açıqlamasında bildirib ki, bu gün vacib və aktual məsələ regional təhlükəsizliyin möhkəmləndirilməsi, postmünaqişə dövründə yaranmış əməkdaşlıq imkanlarından maksimum səmərəli istifadə olunmasıdır:
"Azərbaycan regional təhlükəsizliyə ciddi təhdidlər yaradan işğal faktını öz hərbi-siyasi gücü ilə aradan qaldırdı. Yəni Dağlıq Qarabağ münaqişəsinin həllinə müvəffəq oldu. Artıq “Dağlıq Qarabağ münaqişəsi” məfhumu yoxdur və Cənubi Qafqaz regionunun gələcəyi Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar üzərində inşa olunur”.
N.Qələndərli vurğulayıb ki, müharibənin nəticələrindən dərs çıxarmalı olan Ermənistan postmünaqişə dövründə vəziyyəti gərginləşdirməyə xidmət edən addımlardan çəkinməlidir:
"Tarixi ədaləti və öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti yaradıb. Hazırkı şəraitin fonunda münaqişədən sonrakı dövrdə vəziyyətin bütövlükdə müsbət istiqamətdə inkişafı üçün eskalasiya risklərinin minimal səviyyədə saxlanılması çox mühüm əhəmiyyətə malikdir. Təbii ki, üçtərəfli bəyanatda əksini tapmış öhdəliklərinə də qeyd-şərtsiz əməl etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə