Xankəndiyə hərbçi və silahların daşınması gərginliyə xidmət edir
Turan
09:49 06.04.2021
Qarabağ
635
"Rus generalın Qarabağa gəlişi xoş niyyətin göstəricisi sayıla bilməz”
“Ermənistandan Xankəndiyə səfərlərin dayanmaması bizim narahatlığımızı artırır”.
Bu barədə Azərbaycan Yüksəliş (AY) Partiyasının sədri Anar Əsədli deyib. Partiya rəhbəri bildirib ki, son vaxtlar Rusiya və Ermənistan hərbi rəhbərlərinin Qarabağda görüşləri intensivləşib: “Ən son Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Qarabağa səfər etdi. Səfərdə məqsəd Rusiya sülhməramlıları üçün nəzərdə tutulan 150, 250 nəfərlik 25-ci modul şəhərciyinin açılışında iştirak etməkdir. Amma bu, sadəcə görüntüdür.
Rusların burada “sülhməramlı” adı altında lövbər salması imperialist xəyallarını gerçəkləşdirmək niyyətindən başqa bir şey deyil. 1960 nəfərlik kontingent üçün beş mindən çox yerlik şəhərciyin salınması xalqımızı narahat etməyə bilməz. Digər tərəfdən, rus general Qarabağa Ermənistandan keçibsə, bu, ərazi bütövlüyümüzə hörmətsizlik sayıldığından, ilk sərt reaksiyanı Xarici İşlər Nazirliyi verməli idi. Onların "nümunəsi" Müdafiə Nazirliyini də susma mövqeyində saxladı. Bu, yolverilməzdir. Onsuz da rus sülhməramlılarının xoşməramlı olmayan fəaliyyəti Azərbaycan dövlətinin də haqlı narazılıqları ilə müşayiət olunur”.
A.Əsədliyə görə, məsələ rus generalın Qarabağa hansı marşrutla gəlməsidir:
“Bulqakov Azərbaycan ərazisindən keçərək Qarabağa gəlibsə, o zaman narahatlığa ciddi əsas yoxdur. Çünki bizim əsas tələbimiz, Azərbaycanın əsas gözləntisi Qarabağa, Xankəndiyə gediş-gəlişin bizim ərazimiz vasitəsilə olmasıdır.
Ermənistandan oraya gedilməsi ciddi problemdir və biz də haqlı olaraq, bu narazılığımızı dərhal Rusiya sülhməramlılarının rəhbərliyinə çatdırırıq. Əgər general Ermənistandan keçibsə, bu, Azərbaycanın ərazi bütövlüyünə açıq-aşkar hörmətsizlikdir.
Bəyanatdan kənar amillər Azərbaycan və Türkiyə ilə razılaşdırılmalıdır. Digər tərəfdən, Laçın dəhlizi vasitəsilə Ermənistandan Xankəndiyə hərbçilərin və silahların daşınması, Xankəndidəki separatçıların yürüş keçirməsi, rus dilinin separatçı qurum tərəfindən “dövlət dili” elan edilməsi və s. amillər gərginliyi artırmağa xidmət edir.
Bütün bunlardan sonra bir də Bulqakovun gəlişi, 25-ci modul şəhərciyin açılışı xoş niyyətin göstəricisi sayıla bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə