Fərid Səfərlini İrana çağıran qızla bağlı yeni detal
Fərid Səfərlini İrana çağıran qızla bağlı yeni detal
09:44 30.09.2024
Gündəm
329
İranda günahsız olaraq həbsxanada saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli hadisəsində diqqətimi iranlı qızın kimliyi çəkib.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O, F.Səfərlinin anasının dediklərini xatırladıb:
“Fəridin anasının sözlərinə görə, oğlu Almaniyanın Yena Universitetində təhsil alarkən, İrandan bu universitetə praktika üçün gələn iranlı qızla tanış olub. Həmin qız praktikası başa çatandan sonra İrana qayıdıb. Bundan sonra Fərid iranlı qızla İstanbulda görüşməyə qərara gəlib. Ancaq qız İstanbula gəlməyib və telefonda bunu Fəridə belə izah edib ki, guya viza məsələsini həll edə bilməyib. Axı İran vətəndaşına Türkiyəyə getmək üçün viza tələb olunmur”.
E.Şahinoğlunun sözlərinə görə, İran vətəndaşları illərdir sərbəst şəkildə Türkiyəyə səfər edirlər:
“Bundan sonra Fərid Səfərli İrana gedib və dərhal da saxta ittihamla həbs olunub. Məndə belə təəssürat yaranıb ki, iranlı qız Fəridi İrana gətirmək üçün viza mövzusunu uydurub. Almaniyaya praktikaya getmək üçün maliyyə vəsaiti olan iranlı qızın Türkiyəyə getməsi üçün də bir maneəsi olmamalı idi. Fəridin həbsxanada olduğu müddətdə həmin qızın onunla görüşə təşəbbüs göstərməsi barədə məlumat yoxdur. O qız ölkəsinə gətirdiyi Fəridin “casus” damğası ilə həbsxanaya atılmasına seyrçi qalıb. Ya həmin qız ailəsinin təzyiqi ilə Fəridə dəstək verməkdən qorxub, ya da elə Almaniyada olarkən İran kəşfiyyatının tapşırığını yerinə yetirib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual