
Ermənistan müharibəni uduzsa da, mina terroru hesabına münaqişəni davam etdirir -Ekspert
Yusif Nəzərli
12:55 14.02.2025
Aktual
658
Fevralın 14-də Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində mina hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Məlumata görə, Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşüb. Partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hərbi ekspert Elxan Şıxəliyev “Sherg.az”a söyləyib ki, baş verən hadisə Ermənistan Silahlı Qüvvələrinin 30 ilə yaxın müddət ərzində ərazilərimizi mina terroruna çevirməsinin nəticəsidir:

“1994-cü il atəşkəsindən 2020-ci ilin 27 sentyabrına qədər Ermənistan höküməti Ermənistan Silahlı Qüvvələrinə ayrılan hərbi büdcəni minaların alınmasına və bölgəyə yerləşdirilməsinə xərcləyib. Xüsusilə də Ohanyan səddinin yaradılması və 5-6 səddə mina sahələri, partlayıcı qurğuların yerləşdirilməsi nəticəsində Arazdan Murova qədər bir zolağda bütün cəbhə boyu ermənilərin basdırdıqları minaların 4 il ərzində ANAMA, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi həyata keçirilsə də, tam başa çatmayıb. Minaların partlaması nəticəsində hələ də vətəndaşlarımızın xəsarət almasının və dünyasını dəyişməsinin şahidi oluruq. İndiyə qədərki mərhələ ərzində ANAMA, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri və özəl şirkətlər tərəfindən 3600-a yaxın hektar ərazinin minadan təmizlənməsi baş versə də, zaman-zaman işğaldan azad olunan bölgələrdə mina hadisələrinə rast gələcəyik. Çünki elə mina sahələri var ki, onları sözügedən qurumları təxmin edərək təmizləyə bilirlər. Lakin işğaldan azad edilən ərazilərdən ermənilər geri çəkilərkən qoyub getdikləri tank və piyada əleyhinə minalar torpaq qatı ilə örtüldüyünə və yağış nəticəsində yerlərini dəyişdiyinə görə onları müəyyən etmək çətindir”.
Ekspert qeyd edib ki, Ermənistan mina sahələrinin xəritələrini verməməkdə israrlıdır:
“Görünən odur ki, ermənilərin hesablamalarına görə onlar müharibədə uduzsalar da, mina terroru nəticəsində Azərbaycanla münaqişəni davam etdirməyə çalışıblar. Nəticə etibarilə hər il xeyli vətəndaşlarımız, dövlət qurumlarının nümayəndələri maarifləndirilsə də, mina terroru sayəsində insanların sığortalanması sona qədər həyata keçirilə bilmir. Vətəndaşlarımız hərəkət etməyə icazə verilən yerlərdə belə ehtiyatlı olmalıdır. Çünki ərazilərimizin tamamilə təmizlənməsi baş tutmayıb, xüsusilə sel və daşqınlar nəticəsində minatəmizləmə işləri çətinləşir və təhlükəsizlik risklərini artırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual