
Kondisioner pnevmoniyası: Ciyər çökür, böyrək sıradan çıxır
07:20 21.06.2025
Sağlamlıq
495
“Buz kimi otaq, od kimi nəticə – kondisioner fəlakət saçır”
“İsti havalarda kondisioneri xilaskar hesab edənlər yanılır. Bu müvəqqəti sərinlik insanları yanıldır. Əslində isə kondisionerin ziyanı faydasından daha çoxdur”.
Bu sözləri Sherg.az-a açıqlamasında terapevt Şahvələd Məmmədov söylədi.
Həkim bildirdi ki, yay mövsümündə insanlar sərinlənmək üçün müxtəlif vasitələrdən istifadə edir, ilk sırada isə kondisioner dayanır:

- Kondisioner qısa müddətli sərinlik verir, amma fəsadları, ziyanı daha ağır olur. Xüsusən, yaşlı insanlar, azyaşlılar, xroniki xəstəlikləri olanlar, səhhətində müəyyən problemləri olanlar kondisionerdən uzaq dayanmalıdır. Ümumiyyətlə, kondisioner hamıya ziyandır. Bu süni sərinlik qurğusu ağ ciyərləri sıradan çıxara bilər. Buna tibdə “kondisioner pnevmoniyası” deyilir. Bu, pnevmaniyanın ağır forması hesab edilir. Gah qızdırma, gah da üşütmə ilə müşayiət olunur, öskürək, əzginlik, təngnəfəsliklə müşayiət olunur. Ciyərlər soyuqlayır, böyrək ağrıları əmələ gəlir. Yuxarı tənəffüs yollarının iltihabı yaranır. Ona görə də uzun müddət kondisionerin havası altında uzanmaq, yuxulamaq, soyuq otaqda əyləşmək, gün ərzində kondisioner havasını udmaq sağlamlığa ağır zərbə vurur. Normal otaq temperaturu 22-24 dərəcədir. Bundan aşağı temperatur artıq ziyandır. Uşaqları kondisionerli otaqda yatırmaq olmaz. Çalışmaq lazımdır ki, otaq bir balaca sərinləsin, sonra kondisioner söndürülməlidir. Bioloqlar bu fikirdədir ki, kondisioner havadakı aeroionları zərərsizləşdirir. Halbuki müsbətyüklü aeroionlar insan orqanizmi üçün faydalıdır. Lakin kondisioner havası həmin ionları öldürür, nəticədə otaqda faydalı deyil, ziyanlı hava kütlələri artır. Kondisionerin havaya ötürdüyü qaz da orqanizmə ziyandır. Qapalı mühitdə uzun müddət bu cür zərərli qazın təsiri altında qalmaq qətiyyən olmaz. Kondisionerlər vaxtaşırı təmizlənməli, toru yuyulmalıdır. Cihaz işlədikcə toz hissəcikləri ora toplaşır, ötürülən hava vasitəsilə təkrar nəfəs yollarına daxil olur. Tənəffüs yolları bununla çirklənir. Müxtəlif bakteriyalar, mikroblar ora toplaşa bilər, sonra da tənəffüs zamanı daxili orqanlara düşər. Ən yaxşı sərinlik vasitəsi otağın havasını mütəmadi dəyişmək, havanın serkulyasiyasını təmin etməkdir. Doğrudur, indi təmiz hava “fabriki” ağaclar azalıb, ötən əsrdəki kimi şəhərdə sərin, küləkli havalar az-az olur, amma yenə də insanlar özlərini ziyandan sığortalamağı bacarmalıdır. Birincisi, isti havalarda zərurət olmadan evdən çıxmasınlar, günəş şüalarının birbaşa təsiri altında qalmasınlar, sakit, həyəcansız hərəkət etsinlər. Sərin içkilər (qazlı, şirin yox) – süd məhsulları, ayran və sair, qəbul etsinlər, yüngül yeməklərə, sintetik deyil, təbii parçalardan geyimlərə üstünlük versinlər. Belədə özlərini daha rahat hiss edəcəklər. İstidirsə, sərin bir kölgəliyə çəkilmək olar, nəm dəsmalla üzü, boyunu silmək, sərinlənmək olar. Duş qəbul etmək də insanı sərinlədir.
Mütəxəssislər hesab edir ki, kondisionerlərin həm sağlamlığa, həm də cibə ziyanını minimuma endirmək üçün cihaz evin ölçülərinə uyğun olmalıdır. Kiçik mənzillərdə böyük ölçülü kondisionerlər fəlakət deməkdir. Kondisionerin otaqda hansı tərəfdə quraşdırılması da önəmlidir. Elə bir yer seçilməlidir ki, əyləşənlərin birbaş üzərinə hava vurmasın. Kondisionerin baxımı da çox önəmlidir. Cihaz mütəmadi yoxlanmalı, təmizlənməlidir. Kondisioneri 24 saat ərzində fasiləsiz işlətmək olmaz. Mütləq fasiləli iş rejiminə qoyulmalı, kondisioneri söndürüb otağın havasını dəyişmək lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya