
Politoloq: İran Ermənistandan gələcək zərbələri bilir
Yusif Nəzərli
01:05 24.01.2025
Region
599
Ona görə Bakı ilə buzları əritməyə, münasibətləri normallaşdırmağa çalışır
İran Azərbaycanla münasibətləri qaydaya salmağa çalışır. Tehranın son zamanlar Bakının tələblərini yerinə yetirməsi, hətta bəzi məsələlərdə güzəştə getməsi bunu deməyə əsas verir. 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində Azərbaycana təhvil verildi. İran Ali Məhkəməsi 2023-cü il yanvarın 27-də səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı bundan əvvəlki məhkəmənin edam hökmünü təsdiqlədi. Bu iki məqamdan əlavə bir detal da diqqət çəkir. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdədir.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, bu səfər Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın on birinci görüşündən qısa müddət sonra baş tutdu. Ekspertə görə, görüşdə tərəflər dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq şimaldan cənuba, İran sərhədinə qədər başlanması barədə razılığa gəliblər:

"Mümkündür ki, bu görüşlər fonunda Tehran bir zamanlar “qırmızı xətt” adlandırdığı məqamları da Bakıya güzəştə getsin. İranın etdiyi, əslində, yeni bir şey deyil. Tehran əvvəllər də Bakı ilə gərginliyi aradan qaldırmaq üçün müxtəlif addımlar atıb. Amma bu dəfə kifayət qədər ciddi proseslər gedir. Əlbəttə, İranın məqsədi səmimi şəkildə Azərbaycanla münasibətləri normallaşdırmaq deyil. Tehranı narahat edən dəyişən geosiyasi vəziyyətdir. İsrail faktiki olaraq Livanda “Hizbullah"a, Qəzzada HƏMAS-a ciddi zərbə vurdu. Suriyada Bəşər Əsədin devrilməsi də İrana ciddi zərbə oldu. Sadə formada desək, İranla İsrail arasındakı proksi qüvvələr qalxanı sıradan çıxdı. İran üçün digər ciddi problem ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsidir. Trampı yəhudi diasporu və İsrail açıqca dəstəkləyir. Təbii olaraq o da bunun qarşılığını verəcək. Yəni ehtimal İran-İsrail qarşıdurmasında ABŞ Bayden administrasiyası dövründə olduğu kimi səssiz qalmayacaq".
T.Rzayev qeyd edib ki, İran üçün bir digər zərbə Ermənistandan gəldi. İrəvanın Vaşinqtonla strateji saziş imzalaması və ərazisində ABŞ hərbi bazasının yaranmasına icazə verməsi Tehran üçün həyəcan təbilidir:
"İran İsrailin yaxın zamanlarda Tehranı provokasiyaya çəkəcəyini yaxşı bilir. İsrailin belə bir planı var. Hansı ki, bunun fonunda Təl-Əviv başda ABŞ olmaqla Tehrana qarşı beynəlxalq koalisiya yaradılmasını istəyir. Bu baş versə, həmin qüvvələrin ehtimal toplanma nöqtələrindən biri Ermənistan ola bilər. Təbii ki, İran da boş dayanmır. Rusiya ilə İran arasında imzalanan strateji tərəfdaşlıq Tehranın özünü müəyyən mənada qoruma instinktindən irəli gəlir. Tehranın Çinlə də təmasları da var.
Bütün bu hadisələrin fonunda İran Ermənistandan gələcək zərbələri bildiyi üçün Bakı ilə buzları əritməyə, münasibətləri normallaşdırmağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Paşinyanı təhdid etdi
18:27 30.06.2026
Region
Litvanın yeni Baş naziri seçilib
18:23 30.06.2026
Dünya
Avropaya dəhşətli istilər qayıdır: Təhlükəli səviyyə...
18:05 30.06.2026
Ekologiya
I Bakı Türkoloji qurultayın gizlinləri - mətbuat nə yazırdı?
17:32 30.06.2026
Tarix
Xameneinin cənazəsi İraqa aparılacaq
17:29 30.06.2026
Dünya
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
17:15 30.06.2026
Gündəm
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
16:58 30.06.2026
Siyasət
İdmanla enerji içkisi əks qütblərdə dayanır - Həkim-terapevt
16:56 30.06.2026
Sağlamlıq
Putin və Tokayev arasında telefon danışığı oldu
16:41 30.06.2026
Dünya
İran ABŞ ilə danışıqlara başlamaq üçün şərt irəli sürdü
16:32 30.06.2026
Gündəm
Azərbaycanlı ata doğum evində qızını oğlanla dəyişib, qaçdı
15:36 30.06.2026
Maraqlı
Peruda ilk dəfə qadın prezident seçildi
15:24 30.06.2026
Ekologiya
Yeni peşə təhsili ixtisasları yaradılıb
15:11 30.06.2026
Elm və Təhsil
Daha 6 itkin-şəhid dəfn olunacaq
15:04 30.06.2026
Hərbi
Azərbaycanda taxıl sahələrindən 1,6 ton məhsul yığılıb
14:57 30.06.2026
İqtisadiyyat