ABŞ administrasiyası İranın bütün şərtlərini qəbul edənə qədər İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazını qoruyacaq.
"Report" xəbər verir ki, bu barədə SEPAH-ın sözçüsü Hüseyn Mohəbbi bildirib.
"Strategiyamız İranın bütün şərtləri qəbul edilənə qədər Hörmüz boğazını qorumaqdır", - o deyib. H.Mohəbbi əlavə edib ki, məqsəd düşməni məğlubiyyətə uğratmaqdır.
SEPAH sözçüsünün iddiasına görə, hazırda ABŞ bütün hədəflərindən uzaqlaşmağa məcbur olub: "Bu boğaz bizim üçün sadəcə bir su yolu deyil, həm də bir döyüş coğrafiyasıdır".