
Tramp administrasiyası ilə işləmək Azərbaycanın maraqlarına uyğun olacaq -ŞƏRH
13:25 12.02.2025
Siyasət
468
Mənim müşahidələrimə görə, əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır. Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur.
Bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.
"Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq", - dövlət başçısı deyib.
Politoloq Oqtay Qasımov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin Çin televiziyasına verdiyi müsahibədə bir sıra geniş və müxtəlif mövzulara toxunulub:

"İlham Əliyev son 4 ildə, xüsusilə Qərb ölkələri tərəfindən Azərbaycana edilən təzyiqləri, bitərəf statusunun pozulmasını və Ermənistanın birtərəfli şəkildə dəstəklənməsini vurğulayıb. O, həmçinin Bayden administrasiyası dövründə ABŞ-ın ölkəmizə qarşı siyasətinin ədalətsiz, qeyri-konstruktiv və səmimiyyətsiz olduğunu qeyd edib. Azərbaycan dünyanın ən böyük gücü olan ABŞ ilə normal münasibətlər qurmağı hədəfləyir. İki ölkə arasındakı müsbət əlaqələr 90-cı illərdə mövcud olub. Əslində, Barak Obamanın hakimiyyətinə qədər tərəflər arasındakı münasibətlər inkişaf edib. 2020-2024-cü illər arasında demokratların hakimiyyəti dövründə isə Azərbaycanla münasibətlərdə müəyyən gərginliklər yaranıb və ölkəmizə qarşı qərəzli mövqelər sərgilənib".
Politoloq vurğulayıb ki, hazırda Tramp administrasiyasının diqqəti daha çox daxili və qlobal məsələlərə yönəlib. Buna görə də, hələlik, onun Cənubi Qafqazla bağlı siyasətinin necə olacağı tam dəqiq deyil:
"Lakin, bu ilin ortalarından sonra müəyyən qədər bununla bağlı aydınlıq yarana bilər. Ən azından Ukrayna müharibəsi ilə əlaqədar danışıqlar prosesinin başlaması və Yaxın və Orta Şərq, xüsusilə də Qəzza ilə bağlı məsələlərdə anlaşmalar yaranandan sonra ABŞ-nin Cənubi Qafqaza olan maraqları və siyasətinin necə olacağı barədə müəyyən göstəriciləri görə bilərik.
Ümumiyyətlə, Trampın komandasında erməni diasporası ilə əlaqəli şəxslər mövcuddur və keçmişdə konqresmen və senator olduqları zaman qərəzli mövqelər sərgiləyiblər. Lakin hazırda onların tutduqları dövlət postları, həmin şəxsləri ABŞ-ın maraqlarına xidmət etməyə vadar edir. Bu baxımdan, Donald Tramp administrasiyası ilə işləmək Azərbaycanın maraqlarına uyğun olacaq. Eyni zamanda, arxada qalan 4 ildə yaşanan acı təcrübələrə son qoyulmasının vacibliyini də vurğulayırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm