Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı: Heç kimə sirr deyil ki...
10:31 21.06.2025
Cənubi Qafqaz
409
“Bir sıra regional məsələlərdə Ermənistan və Türkiyənin mövqeləri kifayət qədər yaxındır. Bu, tez - tez baş vermir, amma indi o da nəzərə çarpır ki, beynəlxalq gündəmdəki bir sıra məsələlərlə bağlı bizim kifayət qədər oxşar təsəvvürlərimiz var və bu da təsirli amildir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 20-də İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl Türkiyədəki erməni icması ilə görüşündə deyib.
“Bölgədə, İranda baş verən hadisələr çox narahatedicidir və əminəm ki, Türkiyə Prezidentinin iş gündəmində çox mühüm yer tutur. Əlbəttə, bizim də iş gündəmimizdə kifayət qədər böyük yer tutur. Səfər belə bir şəraitdə baş verir və bu, həm Türkiyə, həm də Ermənistanın buna önəm verməsi deməkdir” , - o əlavə edib .
Paşinyan qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq və dərin münasibətlər heç kimə sirr deyil:
“Bu əlaqələrdən xəbərdarıq, bu münasibətlərin yaxınlığını bilirik, amma biz sərhədləri ayırmaq istəmirik, bölgədə sabit və davamlı sülhün bərqərar olmasını istəyirik, bu kontekstdə Türkiyə ilə dialoqumuza böyük əhəmiyyət verirəm.
Mən şəxsən Türkiyə Prezidenti ilə Ermənistan və Azərbaycan arasında sülh sazişi və sülh gündəliyinin gələcək irəliləyişi ilə bağlı yanaşmalarımızı bölüşməyi vacib hesab edirəm. Ermənistan - Türkiyə münasibətlərinin keyfiyyəti regiondakı vəziyyətə təsir etməyə bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya