
Ekspert: Nasaz attraksionların istismarı ciddi təhlükə riski yaradır
11:50 25.06.2025
Cəmiyyət
497
Attraksionların texniki təhlükəsizliyinin təmin edilməsi insanların sağlamlığı və həyatı baxımından strateji əhəmiyyət kəsb edir
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi yay fəsli ilə əlaqədar attraksionlara nəzarəti gücləndirib.
Bu barədə Dənizkənarı Bulvarda yerləşən attraksionlara bu gün keçirilən baxış zamanı bildirilib. Qeyd olunub ki, agentlik əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılır. Müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionların məsul şəxslərinə zəruri göstərişlər, habelə tövsiyələr verilir. Həmin şəxslərin diqqətinə çatdırılır ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir.
Həyata keçirilən nəzarət-yoxlama tədbirləri zamanı insanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunur.
Həmçinin tədbirlər çərçivəsində attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə attraksion işçilərinə ətraflı məlumat verilir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, bütün əyləncə mərkəzlərində fəaliyyət göstərən attraksionlar müvafiq dövlət orqanları tərəfindən qeydiyyata alınır və mütəmadi olaraq hər il texniki baxışdan keçirilir:

“Bu prosesin icrası ərazidə fəaliyyət göstərən məsul şəxslər tərəfindən təmin edilməlidir. Əgər texniki baxış zamanı hər hansı nasazlıq və ya potensial təhlükə aşkar olunarsa, attraksionun istismarı dərhal dayandırılmalı, nasazlıq tam aradan qaldırıldıqdan sonra onun fəaliyyətinə icazə verilməlidir. Nasaz və ya texniki tələblərə cavab verməyən attraksionların istismarı ciddi təhlükə riski yaratdığı üçün bu, hüquqi və texniki baxımdan yolverilməzdir. Eyni zamanda, bu sahədə çalışan texniki nəzarətçilər və istismarçılar mütləq şəkildə sertifikatlaşdırılmalı, onların peşə hazırlığı və ixtisas səviyyəsi dövlət tərəfindən tanınmalıdır. Attraksionların texniki təhlükəsizliyinin təmin edilməsi insanların sağlamlığı və həyatı baxımından strateji əhəmiyyət kəsb edir. Xüsusilə uşaq auditoriyasına xidmət göstərən əyləncə qurğularında təhlükəsizlik göstəriciləri beynəlxalq standartlara cavab verməlidir. Bu baxımdan, texniki baxış yalnız formal prosedur yox, risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi baxımından da vacib mexanizmdir. Dövlət nəzarəti ilə yanaşı, sahibkarların da məsuliyyət daşıdığı bu prosesdə müasir diaqnostika avadanlıqlarından istifadə olunması təşviq edilməlidir. Risklərin idarəolunması üçün mütəmadi auditlər və təlimlər keçirilməli, attraksionların istismarı ilə bağlı fövqəladə hallara hazırlıq planları tərtib olunmalıdır. Belə yanaşma həm texniki təhlükəsizlik, həm də ictimai etimad baxımından zəruridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət