Azərbaycanda karantin niyə sərtləşdirilmir? - AÇIQLAMA
Yusif Nəzərli
08:52 20.11.2021
Sağlamlıq
375
“Vaksinasiya prosesi başlayandan etibarən bir neçə dəfə yoluxma hallarında ciddi artımlar müşahidə edilib. Buna baxmayaraq, karantin sərtləşdirilməsinə gedilməyib. Buna səbəb ölkədə aparılan vaksinasiya prosesinin müsbət nəticə verməsidir”.
Oxu.Az xəbər verir ki, bu sözləri TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Bakıda “COVID-19: Erkən və Gecikmiş Fəsadlar” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.
O bildirib ki, pandemiyanın ilk dövrlərində vaksinasiya prosesi başlamadığı üçün həmin vaxt qapanmalar yeganə çıxış yolu idi:
“İndi isə vəziyyət fərqlidir. Vaksinasiyanın effektivliyini göstərən ən yaxşı nümunə məhz budur. Mütləq peyvənd vurdurmaq lazımdır. Bu gün həkimlərin də tövsiyəsinə uyğun olaraq buster doza vaksini vurdurmalıyıq”, - deyə o qeyd edib
Ölkəmizdə bu günə kimi həm pandemiya ilə mübarizədə, həm də Vətən müharibəsində tibb personallarının xidmətlərindən danışan Y.Qarayeva bildirib ki, pandemiya ilə mübarizəyə ölkə üzrə 43 551 tibb personalı cəlb olunub:
“Eyni zamanda 574 könüllü tibb işçisi, eləcə də xaricdən dəvət olunan 380 mütəxəssis bu proseslərə cəlb olunub. Vətən müharibəsi zamanı yaralılara 10 000 tibb personalı, 1300 könüllü, xaricdən dəvət olunan 100 mütəxəssis xidmət göstərib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya