Çayın yanında bunları qəti yeməyin
21:26 14.07.2025
Sağlamlıq
519
Əslində çay yavan içiləcək içkidir. Uzağı, yanında qənd olsa, yetər. Amma müasir səhər süfrələrində çayla yanaşı süfrəyə çoxlu şirniyyat və digər qidalar qoyulur ki, bunlar da orqanizmə zərərli təsir edir.
“Medicina” xəbər verir ki, çay tərkibindəki tanin sayəsində həzm sisteminə təsir edə bilir. Bu maddə müəyyən qidalarla birləşdikdə orqanizmdə dəmirin udulmasını azaldır və qan azlığına səbəb olur.
Səhər yeməyində və ya axşam çayında tez-tez istehlak edilən sosis salami, kolbasa, sucuk kimi işlənmiş ət məhsulları bu problemin əsas səbəbidir.
Mütəxəssislərin fikrincə, bu məhsullar çayla birlikdə istehlak edildikdə həm dəmir çatışmazlığına, həm də kanserogen təsirə səbəb ola bilər. Bu qidaların, xüsusilə nitratları yüksək olanların çayla birləşməsi mədə turşusuna təsir edərək həzm problemlərinə səbəb olur.
Dəmir bədənin sağlam işləməsi üçün vacib bir mineraldır. Çayın tərkibindəki taninlər onun bağırsaqlardan sorulmasına mane olur. Ətdən əldə edilən dəmir çayla birlikdə istehlak edildikdə bədən tərəfindən lazımi dərəcədə sorulmur.
Bu, xüsusilə qadınlar və uşaqlar arasında anemiya riskini artırır.
Diyetoloqlar yeməkdən ən azı bir saat sonra çay içməyi məsləhət görürlər. Onlar həmçinin çayın yanında qəlyanaltı kimi qoz-fındıq, meyvə və ya evdə hazırlanmış peçenye kimi sağlam alternativləri seçməyi məsləhət görürlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət