Flora Kərimova məndən 30 min manat istəyirdi - Sevinc Heydərovadan ŞOK AÇIQLAMA - VİDEO
Yusif Nəzərli
00:36 04.12.2024
Sağlamlıq
505
Son günlər estetik cərrahlar barədə yayılan məlum siyahıda yer alan estetik cərrah Sevinc Heydərova baş verənlər və haqqında yayılan ittihamlarla bağlı açıqlama verib.
“Medicina” xəbər verir ki, cərrah bu siyahıda adının olmasını qəbul etmir.
“Çox təəssüf ki, 50 nəfərin adının olduğu bu siyahıda bizim adımız həkim olmayanlarla bir sırada gedir. O siyahıda 4-5 nəfər həkim olmadan estetik prosedur edən varsa da, böyük əksəriyyəti Tibb Universitetini bitirən, rezidentura keçən, ixtisaslı həkimlərdir.
Bizim sertifikatlarımızın guya saxta olduğu bildirilir, bu da əsassızdır. Mənim sertifikatımı heç bir türk həkimi, Türkiyə klinikası verməyib.
Biz Azərbaycan qanunlarına uyğun hərəkət edirik. Azərbaycan Həkimlərininin Təkmilləşdirmə institutunda ixtisas dəyişib, imtahan vermişik və 5 ildən bir bu imtahanları veririk.
Hamı bilir ki, bütün həkimlər xarici ölkələrdə yenilikləri öyrənmək, təkmilləşmək üçün konfrans və dərslərə qoşulur. Biz xaricdə ixtisaslı həkimlərin yanında yeni təcrübələr qazanırıq və sonda bizə müəyyən sertifikat verilir.
Səhiyyə Nazirliyi uşaq oyuncağı deyil. Biz ixtisasımızı qanunvericiliyə uyğun vermişik. Heç kim bu ölkədə özbaşına həkim ola bilməz”.
Sevinc Heydərova bildirib ki, gündəmi çalxalayan siyahı bir neçə həkimin qaralama kompaniyasıdır və sifarişlidir.
“Bir neçə həkim düşünür ki, niyə bunların xəstələri çoxdur, hamı onları seçir, biz artıq tələbatlı deyilik. Buna görə çirkin yola əl atıblar. Estetik plastik cərrahiyyə əl bacarığından asılıdır. Əgər pasiyent sizi seçmirsə, deməli, əl işinizi bəyənmirlər. Yaxşı cərrah olsaydız, sizi seçərdilər. Bu gün Azərbaycanda təkcə Sevinc yox, digərləri yox, ancaq siz qalıb işləsəz də, pasiyentlər sizə müraciət etməyəcək.
O ki qaldı, Flora Kərimovanın ittihamına. Flora xanımın məndən öncə kimlər gözünü əməliyyat edib, kimlər göz qapağını o hala salıb açıqlasın. Hansı ixtisas həkimi, hansı məşhur həkimlər? Mənim boynuma atmasınlar. O əməliyyatı endokrinoloq həkim edib, özü açıqlasın. O həkim mən deyiləm. Mən endokrinoloq yox, nevroloq olmuşam.
Mənim ixtisasımı dəyişməyə hüququm var. Flora Kərimova niyə təkcə məni məhkəməyə verir? Assistenti göndərmişdi öncədən ki, 30 min ver, verməsən səni rüsvay edəcəyik. Bəlkə o həkimlər Flora xanıma müəyyən pul verib, ona görə onların adını çəkmir.
O endokrinoloqun, ondan öncə də onun gözünü əməliyyat edənin adını açıqlasın. Flora xanım nə səbəbdən bu haldadır, özü açıqlasın. Onun indi də Səhiyyə Nazirliyini məhkəməyə verməsi nə əsasladır?
Bu gün mənim haqqımda mənfi ictimai rəy yaradırlar. Qənirə Ataşla mənim şəxsi tanışlığım yoxdur. Kiminsə sifarişi ilə mənim karyerama bilərək zərər vuracaq biridirmi, onu da bilmirəm. Qanun qarşısında bərabər hüquqluyuq. Bu gün mən öz adımdan və digər 50 nəfərin adından da hüquqlarımızı qorumaq üçün Azərbaycan dövlət qurumlarından, hüquqi orqanlardan yardım istəyirəm. Bizi sosial şəbəkələrdə saxtakarlıqda ittiham edirlər. Xahiş edirəm, bununla bağlı tədbir görülsün. Azərbaycan həkimlərini heç kim əsassız alçalda bilməz. Bizim hüquqlarımızı qoruyun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət