
Günəşin qızmar şüaları beyin, ürək, tənəffüs sistemində ağır travmalar yaradır -XƏBƏRDARLIQ
Yusif Nəzərli
07:44 24.07.2025
Sağlamlıq
388
İndiki havanın kifayət qədər anomal keçməsi təkcə talassemiya xəstələrinə yox, ümumən bütün insanlar, xüsusən də uşaq orqanizmi üçün kifayət qədər təhlükəlidir
Sumqayıt şəhərində çimərlikdə ölüm hadisəsi baş verib. Məlumata görə, Abşeron rayon sakini 2011-ci il təvəllüdlü Azər Məcidovun çimərlikdə halı pisləşib. Yeniyetmə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Məlumatda A.Məcidovun talassemiya xəstəsi olduğu, çimərlikdə günvurmadan sonra halının pisləşdiyi bildirilir.
Pediatr Vaqif Qarayev Sherg.az-a açıqlamasında qeyd etdi ki, indiki havanın kifayət qədər anomal keçməsi təkcə talassemiya xəstələrinə yox, ümumən bütün insanlar, xüsusən də uşaq orqanizmi üçün kifayət qədər təhlükəlidir:

- Uşaq orqanizmi belə havalara xüsusilə həssasdır. Günəşin qızmar şüaları beyin, ürək, tənəffüs sistemində ağır travmalar yaradır. Hamı ehtiyatlı olmalıdır. Saat 09:00-da havanın temperaturuna baxın. 35 dərəcədən yuxarı göstərir. Belə bir standart var ki, isti havalarda səhər 11:00-dan axşam 17:00-dək açıq havada olmaq təhlükəlidir. Bu, dünya standartıdır. Amma bütün standartlar üçün istisnalar da var. Hazırda ölkəmizin ərazisində mövcud olan hava şəraiti məhz belə istisna haldır. Çünki səhər tezdən də istidir, axşamüstü də. Günəş doğandan batanadək temperatur yüksəkdir. Belə qızmar istidə açıq havada olmaq müddəti daha da qısaldılmalıdır. Uşaq günəş şüası qəbul etməlidir, bəli, amma belə qızmar havada olmaz. Fayda əvəzinə, ziyan görəcək.
Vəfat etmiş yeniyetmənin talassemiya xəstəsi olmasına gəlincə, V.Qarayev qeyd etdi ki, günəş şüalarının birbaşa təsiri altında qalmaq nəinki talassemiya və ya hər hansı başqa xəstəliyi, sağlıq problem olan insanlara, ümumiyyətlə hamıya ziyandır:
- Talassemiya ağır irsi qan xəstəliyidir. Bu xəstələr daim qanköçürməyə möhtacdırlar. Çünki qan parçalanır. Talassemiya xəstələrinin ömrünü uzatmaq üçün son zamanlar süni ilik köçürməsindən də istifadə edilir. Bu xəstələr daim həkim nəzarətindədirlər və olmalıdırlar. Talassemiyalı xəstələrə - uşaqlara nə olar, nə olmaz, həkimlər bildirir, uzun bir siyahı var bununla bağlı. Valideynlər də olmazları əzbər bilməlidir. Olmazlardan biri də günəşdən qorunmaqdır, günəş şüasının təsiri altında olmamaqdır. Uşaq çimərliyə getmək istəyirsə, istəyinə qarşı çıxmaq da olmaz. Amma elə vaxt seçilməlidir ki, birbaşa günəş şüası altında olmasınlar. Çətir altında əyləşsinlər, kölgəlikdə. Yeniyetmənin ölümünə səbəb günvurma ola bilər. Sağlam insan istiyə düşəndə halı dəyişir, müəyyən xəstəliyi olan üçün lap təhlükəlidir günəş şüaları, hətta ölümlə də nəticələnə bilir. Ona görə də tövsiyə edirik, uşaqları günün isti saatlarında dənizə aparmayın. “Uşaq vitamin D qəbul etsin”, fikirləşirsiniz, amma uşağa ziyan verirsiniz. Qızmar günəş şüaları vitamin vermir, yandırır, məhv edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə