İndi yayılan qrip infeksiyası pnevmaniya ilə ağırlaşa bilir - İnfeksionist
Yusif Nəzərli
02:55 16.01.2025
Sağlamlıq
495
Ağcabədi rayonunun Ağabəyli kəndində 10 yaşlı qızın qızdırmadan vəfatı hazırda əhali arasında yayılmış mənşəyi bilinməyən xəstəliyə diqqəti artırıb. Son günlərdə müxtəlif yaş qrupları arasında geniş yayılmış kəskin respirator xəstəliyin hansı virus tərəfindən törədildiyi naməlumdur. Rəsmi mənbələr hazırda yayılmış xəstəliyin mövsümi qrip olduğunu bildirir. Lakin xəstəliyin ağır gedişatının pnevmaniyaya (sətəlcəm) çevrilməsi ehtimalı da qeyd edilir. Ağabəyli kənd sakininin də məhz pnevmaniyanın yaratdığı qızdırmadan vəfat etdiyi bildirilir.
Məsələ ilə bağlı “Sherg.az”a danışan həkim-infeksionist Mərdan Əliyev qeyd etdi ki, vəfat edən uşağın ölümünün konkret səbəbi bilinmir. Lakin pnevmaniya, həqiqətən də, ağır xəstəlikdir. Pnevmaniya ağ ciyərlərin iltihabını törədir. İndi yayılan qrip infeksiyası da pnevmaniya ilə ağırlaşa bilir. Xüsusən də kiçik yaşlı uşaqlarda və 65- yaşdan yuxarı insanlarda pnevmaniya olmaq ehtimalı daha çoxdur. Bu o demək deyil ki, digər yaş qruplarında pnevmaniya olmur. Bütün yaş qruplarında ola bilər, amma kiçik yaşlı uşaqlar və 65 yaşdan yuxarı insanlar risk qrupuna daxildir:
- Xəstəlik nə zaman pnevmaniyaya keçə bilir, burada səbəblər müxtəlif ola bilər. Burada immun sistem, genetik faktorların rolu var. Bundan əlavə, xəstəliyə yoluxduqda, ola bilər düzgün qulluq olmayıb. Qızdırmaya diqqət edilməyib. Müalicə gecikdirilib və bu hallar pnevmaniyanın inkişafına səbəb olub. Pnevmaniya inkişaf edibsə, dərhal düzgün müalicə təyin edilməli, müalicəyə başlanmalıdır. Əgər müalicə gecikdirilirsə və ya düzgün aparılmırsa, bu, ölümə səbəb ola bilər. Bəlkə valideynlər bir qədər səhlənkar yanaşıblar. Valideynlərin heç də hamısı tibbi savadlı olmur. Bəzən adi qaydaları bilmirlər. Uşağın qızdırması varsa, üstünü basdırmaq qətiyyən olmaz. Bu, hərarətin daha da yüksəlməsinə səbəb olur. Valideynlər mütləq bilməlidir ki, uşaq xəstədirsə, necə davranmalıdırlar. Elementar tibbi qaydaları bilməlidir valideynlər. Allergik reaksiyalar zamanı nə edilməlidir, əllər necə yuyulmalıdır və sair. Uşağın immun sistemi güclü deyilsə, yuxu rejiminə riayət edilmirsə, keyfiyyətli qidalanmırsa, xəstəliklə mübarizə çətin olacaq. Uşaqlar keyfiyyətli qidalanmalıdır. Marketdə satılan hazır qidaları uşaqlara vermək olmaz. Uşaqların telefon, televizor, kompüter oyunları asılılığı hərəkətsizliyə gətirib çıxarır ki, bu da immunsistemin zəifləməsinə səbəb olur. İmmunsistemi zəif uşaq, həmçinin böyüklər də xəstəliyə daha tez yoluxur. Uşaqlara hər gün meyvə verilməli, onları buna vərdiş etdirmək lazımdır. D vitaminin qəbulu mühümdür. Xüsusən bizim coğrafiyada D vitamini çatışmazlığı var. Payız-qış aylarında uşaqların bol miqdarda D vitamini qəbul etməsinə çalışılmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya