
İnfeksionist: COVID-19 hələ bitməyib, lakin həyatımıza əvvəlki qədər təsir etmir
10:58 15.07.2025
Sağlamlıq
542
COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur.
Bunu APA-nın sualına cavab olaraq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, COVID tam olaraq bitməyib və gələcəkdə də həyatımızda olmağa davam edəcək: “Buna görə də diqqətli olmaq və qoruyucu tədbirlərə riayət etmək lazımdır”.
Hande Harmancı qeyd edib ki, qrip virusları həyatımızın bir parçasıdır və hər il xüsusilə 65 yaşdan yuxarı insanlar üçün peyvəndlə bağlı tövsiyələr verilir.
İnfeksionist Aytən Ziyadova da "Sherg.az"a açıqlamasında bildirib ki, COVID-19 hələ də mövcuddur:

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının bildirdiyi kimi, virus əvvəlki dövrlərə nisbətən daha az təhlükəli olsa da, tam itib getməyib və izlənməyə davam edir. Hazırda dünyada əsasən Omicron-un altvariantları yayılmaqdadır. Bunlara NB.1.8.1 (JN.1 qolu) və XFG (Stratus) variantları daxildir. Bu variantlar çox yoluxucudur, lakin ağır xəstəlik yaratma riski aşağıdır. XFG variantı daha sürətlə yayılır, amma simptomları əsasən yüngüldür. Həmçinin simptomlarda əvvəlki illərlə müqayisədə dəyişikliklər müşahidə olunur. Ənənəvi simptomlardan qızdırma, qoxu və dad itkisi əvvəlki qədər rast gəlinmir. İndiki hallarda boğaz ağrısı, burun axıntısı, öskürək, əzələ zəifliyi, yorğunluq və bəzən qarın nahiyəsində diskomfort daha geniş yayılıb. Xüsusilə XFG variantında bəzi qeyri-adi simptomlar qeydə alınır. Məsələn, əzələ yorğunluğu və hətta həzm problemləri. Mövcud vaksinlər, xüsusilə JN.1 və KP.2-yə uyğunlaşdırılmış monovalent vaksinlər, ağır xəstəliyə və ölümə qarşı güclü qoruma təmin edir. Laborator analizlər antikor səviyyəsində müəyyən azalma göstərsə də, real həyatda vaksinlər xəstəxanaya düşmə və ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. Buna görə də vaksinlər hələ də ən əsas qoruyucu vasitələrdən biridir”.
Ekspertin sözlərinə görə hazırda yenidən kütləvi peyvənd kampaniyalarına ehtiyac yoxdur:
“Lakin yüksək risk qruplarına – yaşlılara (65+), immun sistemi zəif olanlara, xroniki xəstəliyi olanlara və hamilə qadınlara – booster (yeniləmə) dozaları tövsiyə olunur. Bu booster dozaları qrip vaksini ilə birlikdə tətbiq edildikdə, ümumi xəstəlik yükü daha da azala bilər. Digər insanlar üçün isə hazırda yalnız ümumi profilaktik tədbirlər kifayət sayılır. Tövsiyə olunan əsas tədbirlər bunlardır: qapalı və izdihamlı məkanlarda maskalardan istifadə, əllərin mütəmadi gigiyenası, otaqların havalandırılması və simptomlar müşahidə edildikdə evdə qalmaq. Xüsusilə risk qrupunda olan şəxslər həkimlə məsləhətləşərək özlərinə uyğun peyvənd planı qurmalıdırlar. Yekun olaraq, COVID-19 hələ bitməyib, lakin həyatımıza əvvəlki qədər təsir etmir. Əsas məsələ fərdi profilaktika və risk qruplarının qorunmasıdır. Yenilənmiş vaksinlər və booster proqramları ilə yoluxma və ağırlaşma riski minimuma endirilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət