Koronavirusun müalicə dərmanı tapıldı
Yusif Nəzərli
04:30 29.10.2021
Sağlamlıq
562
Qiyməti 4 dollar müəyyənləşib
“Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, yeni yaradılan dərman preparatı koronavirusa yaxalanma zamanı ölüm riskini 32 faiz azaldır. Preparat ABŞ-da düzəldilib. Bu, “Fluvoksamin” adı verilmiş antidepressiv həblərdir. Preparatla bağlı təcrübə Braziliyada təqribən 500 xəstə üzərində aparılıb. Təcrübələr göstərib ki, şiddətli COVİD-19 yoluxması yaşayan xəstələr arasında bu preparat müalicə müddətini azaldır, ölüm riskini də aşağı salır.
Bu həblər tibdə “sitokin fırtınası” (“Sitokin fırtınası” nədir? Sitokin immunsistemin zədələnməsi zamanı infeksiyaya təpki göstərən hüceyrə qrupudur. Bu hüceyrələr problem yaranan yerə çatmaq üçün çarpışır, orqanizmi yad istilaçıya qarşı qorunmaq məqsədilə daha çox qoruyucu hüceyrə göndərməyə tətikləyir) adlanan gərginliyi və həmçinin qanın qatılaşma faizini azaldır. Yeni preparata səhiyyə orqanları tərəfindən müsbət rəy veriləcəyi halda, COVİD xəstələrinin müalicəsində ucuz, lakin effektiv vasitə əldə edilmiş olacaq.
Dərmanın qiyməti 4 dollar müəyyənləşib. Vaşinqton Universitetinin psixiatriya üzrə dosenti, doktor Angela Raysen, bu dərmanın iltihablanmanı da azalda biləcəyi fikrini irəli sürüb.
A.Raysen “Fluvoksamin, koronavirus infeksiyası tərəfindən gücləndirilən sitokin adlı iltihab molekullarının əmələ gəlməsinin qarşısını alır.
Həmçinin, COVİD-19 infeksiyası zamanı qanda əmələgəlmə riski böyük olan qatılaşmanın təsirini artıran qan trombositlərinin miqdarını da azalda bilir.
Koronavirusdan müalicə olunan xəstələrə bu həblərdən verilib. Mütləq risklərdə 5 faiz, ehtimal olunan risklərdə isə 32 faiz azalma müşahidə edilib.
Yeni dərmanın ucuz qiyməti isə yaxın zamanda ondan dünya əhalisinin istifadə edə biləcəyinə ümidləri artırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət