
Vaqif Qarayev: “Uşaqlarda ishal və qusmanın səbəbi dondurma deyil, günvurmadır'"
05:53 16.07.2025
Sağlamlıq
330
İyulun bürkü havası həftəsonu Bakının və ətraf bölgələrin sakinlərini kütləvi şəkildə dəniz kənarına üz tutmağa vadar edib. Havaların normadan artıq isti keçməsi, şəhər daxilində istirahət məkanlarının məhdudluğu sahil zonalarına olan marağı daha da artırıb. Lakin minlərlə insanın eyni vaxtda dənizə axını istirahət planlarını bir anda xaosa çevirib. Şəhərətrafı çimərliklərdə yaranan sıxlıq, avtomobil tıxacları, girişlərdə uzun növbələr, məhdud kölgəlik yerlərin tez dolması və sanitar şəraitin yetərsizliyi sakinlərin rahatlığını əməlli-başlı pozub.
Xüsusilə günün ən qızmar saatlarında kölgəlik tapmayanlar saatlarla birbaşa günəş şüaları altında qalmaq məcburiyyətində qalıblar. Axşam saatlarında isə bir çox ailə istirahətdən qayıtdıqdan sonra xoşagəlməz hallarla qarşılaşıb. Sosial şəbəkələrdə valideynlərin yazdıqlarına görə, uşaqların əksəriyyətində günvurma, baş ağrısı, ürəkbulanma, ishal və yüksək hərarət kimi əlamətlər müşahidə olunub. Bir sıra hallarda isə gün yanığı səbəbindən dəridə ciddi qızartılar və yanmalar baş verib.
Bu vəziyyət həm hava şəraitinə hazırlıqsız şəkildə dənizə yollanmanın, həm də sahil zonalarında yetərli tibbi, sanitar və infrastruktur təminatının olmamasının nəticəsi kimi qiymətləndirilir. İndi isə mütəxəssislər istirahətə çıxmazdan əvvəl bəzi ciddi məqamlara diqqət yetirməyin vacibliyini vurğulayır.
Pediatr Vaqif Qarayevin Sherg.az-a açıqlamasına görə, son günlər çimərliklərdən evə qayıdan uşaqlarda müşahidə olunan qızdırma, halsızlıq, ürəkbulanma və həzm pozğunluğu hallarının başlıca səbəbi günvurmaya məruz qalmaqdır:

“Yüksək temperatur şəraitində günəş altında uzun müddət qalmaq, xüsusilə də uşaqlar üçün ciddi sağlamlıq riski yaradır.
Valideynlərin “dondurma yedi, ona görə ishal oldu” və ya “dənizdə çox oynadı, yoruldu” kimi düşüncələri yanlışdır. Simptomların böyük hissəsi klassik günvurma əlamətləridir. Bu əlamətlərə yüksək hərarət, baş ağrısı, halsızlıq, qusma, bəzən də huşun itməsi və qıcolmalar daxildir. Belə vəziyyətlərdə ilk növbədə uşağın kölgəyə və ya sərin otağa yerləşdirilməsi vacibdir. Lakin bu zaman otaq temperaturunun birdən-birə çox aşağı olmaması da önəmlidir. Kondisionerli otaqda temperatur öncə 24-25 dərəcəyə qaldırılmalı, sonra uşaq ora aparılmalıdır ki, orqanizm kəskin temperatur fərqindən zərər görməsin. Uşağın bədəninin dar və sıx geyimdən azad edilməsi, alın və boyun nahiyəsinə soyuq kompreslərin qoyulması, tez-tez sərin su verilməsi tövsiyə olunur. Qazlı və şəkərli içkilər isə vəziyyəti daha da ağırlaşdıra bilər. Həkimə çatana qədər heç bir dərman verilməməlidir. Əgər huşun itməsi və ya qıcolmalar baş verərsə, bu artıq təcili tibbi yardım tələb edən haldır”.
Pediatr valideynlərə çağırış edib ki, anomal isti günlərdə çimərliklərə getmək qərarını diqqətlə dəyərləndirsinlər:
“Çimərlikdə olmaq günəşdən qorunmaq anlamına gəlmir, əksinə, birbaşa günəş şüası altında uzun müddət qalmaq uşaqların sağlamlığına ciddi zərbə vura bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət