
Xərçəngə qarşı birbaşa vaksin yoxdur
Yusif Nəzərli
16:03 20.07.2025
Sağlamlıq
523
Professor Adil Qeybulla yayılan mifləri darmadağın etdi
Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəlik poliomielit xəstəliyidir”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin məsləhətçisi Şahnaz Həsənova media nümayəndələri ilə görüşdə deyib. O bildirib ki, 30-dan çox təhlükəli xəstəliyə qarşı peyvənd mövcuddur: “Həmçinin iki xərçəng növünə qarşı peyvənd mövcuddur. Bunlar qaraciyər xərçəngi və uşaqlıq boynu xərçəngi ilə bağlı peyvəndlərdir.
Qeyd edim ki, 2020-2030-cu illər üçün 98 ölkədə 10 patogenə qarşı immunizasiya proqramının 32 milyon həyatı xilas edəcəyi proqnozlaşdırılıb. Onların 88 faizini 5 yaşa qədər uşaqlar təşkil edəcək. Həmçinin bildirməliyəm ki, dünyada immunizasiya sayəsində difteriya, tetanus, göyöskürək, qrip və qızılca kimi xəstəliklərdən hər il 5 milyona qədər ölümün qarşısı alınır.
Peyvəndlər çox təhlükəsiz və effektivdir. Bir neçə peyvəndi eyni gündə vurmaq olar”.

Professor Adil Qeybulla “Şərq”ə açıqlamasında peyvəndlərin vacibliyinə xüsusi diqqət çəkib:
“Bu gün dünyada Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi 13 adda peyvənd bütün ölkələrdə Milli peyvənd təqvim sisteminə daxil edilib. Bizdə də Milli peyvənd təqviminə əsasən uşaqlar anadan olandan 13 yaşına qədər 13 adda, bəziləri 1, bəziləri 2 dəfə olmaq şərti ilə peyvəndlər vurulur. Bu peyvəndlərin vurulmasını asanlaşdırmaq üçün bir neçə, hətta 6 peyvəndin 1 iynə vurulması praktikası da mövcuddur. 6 komponentli bu peyvəndlər HEKSA vaksinlər adlanır.
Son illərdə valideynlərin bəzi yanlış inanclarla və ya əsassız bəhanələrlə övladlarını peyvənddən yayındırması ölkədə təhlükəli tendensiyalara səbəb olub. Məsələn, belə səhlənkarlıq nəticəsində qızılca kimi vaxtında qarşısı alınan xəstəliklər yenidən kütləvi şəkildə yayılmağa başlayıb. Bu isə sübut edir ki, peyvənddən imtina tək bir fərdin deyil, cəmiyyətin ümumi sağlamlığı üçün təhdiddir”.
Milli Peyvənd təqviminə cidd riayət olunmasını vacib hesab edən həkim qeyd edib ki, əks halda vaxtilə kütləvi ölümlərə səbəb olan xəstəliklər yenidən aktivləşə bilər.
A. Qeybullanın sözlərinə görə, bəzi virus mənşəli xəstəliklərə qarşı tətbiq olunan peyvəndlər müəyyən xərçəng növlərinin qarşısını almaqda mühüm rol oynayır: “Qızlara yeniyetmə yaşlarında vurulan İnsan Papilloma Virusuna (HPV) qarşı peyvənd qadınlarda uşaqlıq boynu (serviks) xərçənginin əsas səbəbi olan virus ştammlarına qarşı qoruma təmin edir və bu, xərçəng növünün qarşısını effektiv şəkildə alır. Bundan başqa, Hepatit B virusuna qarşı tətbiq olunan peyvənd qaraciyərdə xroniki infeksiyaların qarşısını almaqla, qaraciyər sirrozu və nəticə etibarilə qaraciyər xərçənginin yaranma riskini əhəmiyyətli dərəcədə azaldır. Xərçəng infeksion xəstəlik deyil, yəni birbaşa virus və ya bakteriyalarla yoluxaraq yaranmır. Lakin insan orqanizmində bəzi xərçəngönü vəziyyətlər və ya xroniki iltihabi proseslər mövcuddur ki, onlar vaxtında aşkarlanıb müalicə olunmadıqda xərçəng xəstəliyinə keçə bilər. Məhz bu halların qarşısının alınması xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır”.
Professor bildirib ki, xərçəngə qarşı birbaşa vaksin hazırlanması və bu xəstəliyin tamamilə aradan qaldırılması fikri tibbi cəhətdən doğru yanaşma deyil: “Çünki xərçəngin yaranma səbəbləri çoxfaktorludur və tək bir virusla bağlı deyil. Bununla belə, HPV və Hepatit B kimi bəzi viruslar müəyyən xərçəng növlərinə səbəb ola bildiyindən, onlara qarşı tətbiq edilən peyvəndlər bu spesifik xərçəng formalarının qarşısını almaqda mühüm rol oynayır”.
Həkim sonda onu da qeyd edib ki, peyvəndlər birbaşa xərçəng xəstəliyindən qorumaq məqsədi daşımasa da, insanlar vaksinasiya prosesinə ciddi şəkildə əməl etməlidirlər:
“Bu peyvəndlər difteri, qızılca, poliomielit, meningit, göyöskürək kimi bir çox ağır və ölümcül infeksion xəstəliklərin qarşısını alır, onların cəmiyyətdə yayılmasını əngəlləyir və kütləvi sağlamlıq üçün həyati əhəmiyyət daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət