Xərçəngin əsas əlamətləri bunlardır - Siyahı
21:46 12.06.2021
Sağlamlıq
862
Bədxassəli şişlərin əlamətləri şişin növü, yerləşməsi, xəstənin orqanizmi və yaşına görə bir-birindən çox fərqlənir. Əlamətləri vaxtında tutmaq, fərqləndirmək çətin ola bilər.
Bununla belə ən təhlükəli növlərin spesifik simptomları var ki, artıq birinci və ikinci dərəcədə özünü göstərir.
Çox zaman xərçəngdən ölüm məhz gec diaqnoz və müalicə səbəbindən olur.
Sherg.az Medicina.az-a istinadla insan ömrünü sürətlə qısaldan və çətin növlərin simptomlarını təqdim edir.
Mədəaltı vəzin şişləri
Statistikaya görə, bu xərçəng 40% hallarda 1-3 il ərzində ölümlə nəticələnir. Gec diaqnoz olunur, çünki xəstə həzm pozulması ilə xərçəngi ayırd edə bilmir.
Əlamətlər:
- Uzun sürən qəbizliklər
- İstirahət və yuxudan sonra belə qəribə halsızlıq, zəifləmə
- Qarında köp, şişkinlik
- Ürəkbulanma, qusma,öyümə
- Qanda qlükozanın artması
- Arıqlama
- İştahsızlıq
- Gec halda qarının yuxarı hissəsi sol tərəfdə ağrı
- Göz və dərinin saralması
Məzh bu növ xərçəng Əplın yaradıcısı milyarder Stiv Cobsun ölüm səbəbi olub.
- Öd yolları və qaraciyər xərçəngi
38% halda ölümlə nəticələnir. Metastaz olmasa, orqan nəqli olunsa, xəstə 5-7 il yaşaya bilər.
Qaraciyər şişinin əlamətləri:
- Sağ qabırğaaltında getdikcə artan basqı, sancı, ağrı
- Hərarətin 37,5 dərəcədə uzun müddət qalması
- Qarına su yığılması
- Göz dərisinin, ovucların saralması
- İştahsızlıq, arıqlama
- Zəiflik, yorğunluq
Daha çox hepatit və serrozu olanlar sonda xərçənglə üzləşə bilər.
40 yaşdan sonra hər il qaraciyəri müayinə etdirmək lazımdır.
Qida borusu xərçəngi
50% hallarda sürətlə inkişaf edib, ölümə səbəb olur.
Ən birinci xarakterik simptomu boğazda qəhər, sanki tikə qalma hissi, udqunma, yemək udmada çətinlik, səsin tutulması, xırıltılı olmasıdır.
- Döş qəfəsi və arxasında küt ağrı
- Ürəkbulanma, qusma, qanlı qusma
- Nəcisin qara rəng alması
- Arıqlama
Qida borusu ezofagiti olanlarda bu risk yüksəkdir.
Nə etməli:
40 yaşından sonra hər il qaraciyər, mədəaltı vəz yoxlanılmalı, şübhəli məqamlarda MRT, KT, biopsiya edilməlidir.
35 yaşdan sonra hər 3-5 ildən bir mədənin zondla yoxlanması aparılmalıdır.
Qorxmayın, sadəcə diqqətli olun!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media