Dekabr infeksion xəstəliklər baxımından təhlükə aydır - Həkim infeksionist
04:55 21.11.2021
Sağlamlıq
539
"Nəzərə alsaq ki, dekabr ayında, ümumiyyətlə qış aylarında hava-damcı infeksiyalarının əksəriyyətinin yayılmasında artım görürük, bu həm iqlim şəraiti ilə, həm də insanların immun sisteminin müqavimətinin xəstəliklərə qarşı qış aylarında nisbətən zəiflməsi ilə, eyni zamanda qapalı məkanlardan çox istifadə etməsi, otaqların az havalandırlması ilə əlaqədardır".
Medicina.az xəbər verir ki, həkim-infeksionist Nilufər Məmmədova deyib.
"Digər hava-damcı infeksiyalarında artım gördüyümüz üçün təbii olaraq COVİD-19 virusunun da yayılmasında artım gözlənilir. Ancaq xəstəliyin yoluxduruculuğundan çox hazırda edə biləcəyimiz, ağırlaşmaların qarşısını almaqdır. Ona görə, 3-cü doza vaksin gündəmə gəlib ki, ilk 2 dozanı alıb tamamlamış şəxslərdə üzərindən 5-6 ay keçdikdən sonra immunitet sisteminin qoruyuculuğu zəiflədiyi üçün və önümüzdə qış aylarının olub, xəstəliyin daha çox insanlar arasında yayılacağını gözlədiyimiz üçün gücləndirici dozun (3-cü dozan vaksinin - red.) vacib olduğunu düşünürəm. İnsanlar əgər təkrar 3-cü doz vaksinlərinin zamanı gəlibsə mütləq şəkildə vaksinasiyadan yenidən keçməlidirlər ki, xəstəliklərin önümüzdəki aylarda çox yayılacağı bir dövrdə onları təkrar ağırlaşmalardan qoruya bilək.
Yeri gəlmişkən, onu da bildirmək istəyirəm ki, qeyd etdiyimiz kimi bu dövr digər hava-damcı infeksiyalarının çox yayıldığı bir dövrə təsadüf edir. Bu fəsillərdə müxtəlif hava-damcı infeksiyaları - qrip və başqa viral infeksiyalar eyni oxşar simptomlarla başlayıb davam edə biləcəyi üçün insanları daha diqqətli olmağa çağırırıq. Nəinki oxşar simptomlar, hətta bəzən bu infeksiyaları insanlar ard-arda da keçirə bilərlər. Məsələn, hər hansı soyuqdəymə viruslarını keçirdikdən sonra aradan bir neçə gündən sonra təkrar hərarət və s. davam edir və insanlar yenidən hər hansı bir soyuqdəymə virusuna məruz qaldığını düşünürlər və bunun koronavirus olması gözardı olunaraq bu insanlar cəmiyyət arasında virusun daha çox yayılmasına səbəb olurlar. Buna görə də hər bir temperatur yüksəkliyində, xüsusən də 38 dərəcədən yüksək temperaturda bu əlamətlərin koronavirus baxımından dəyərləndirilməsi vacibdir ki, əhali arasında xəstəliyin bacardığımız qədər qarşısını da ala bilək"./milli.az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya
KİV: ABŞ və İsrail İrana hücumu nəzərdən keçirir
17:10 20.11.2026
Gündəm