İnanaq ki, Kreml imzasına hörmət edəcək
Yusif Nəzərli
09:14 25.02.2022
Aktual
564
Moskva Bəyannaməsindən sonra sərhəddəki təxribatlar aradan qalxacaq
“Ermənilərin təxribatlarının qarşısı ciddi və qəti şəkildə alınmalıdır ki, yenidən buna cəhd etməsinlər”. Bunu “Şərq”ə açıqlamasında politoloq Azər Qasımov deyib. Analitik bildirib ki, erməni tərəfinin sərhəd bölgəsində və Qarabağda təxribatları özlərinə təsəlli verməkdən başqa bir şey deyil:
“Ermənilər ümid edirlər ki, Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşəcək və bundan yararlanacaqlar. Artıq bu köhnə metodlar keçmir. Azərbaycanın Rusiya ilə imzaladığı Moskva Bəyannaməsindən sonra bu kimi təxribatlar aradan qalxacaq. Nə qədər inanması çətin olsa da, Kreml bu məsələdə öz imzasına hörmət edəcək və təxribatçı qüvvələri Qarabağdan çıxaracaq”.
A.Qasımova görə, Ukraynada baş verən hadisələr bir daha dünyada heç nəyin göründüyü kimi olmadığını göstərir: “Rusiya separatçıları tanıyır, onlara açıq və gizli dəstək verir. Ona görə də Rusiyanın, Qərbin təhrik və “dəstəyinə” arxayın olmamaq, kimlərinsə oyununa gəlməmək üçün öz maraqlarımız çərçivəsində hadisələrə qiymət verməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
15:57 18.11.2026
Hadisə