Səfir: "Xorvatiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi ilk dəfə olaraq 1 milyard ABŞ dollarını ötəcək"
Yusif Nəzərli
09:52 16.01.2023
İqtisadiyyat
611
"Xorvatiya ilə Azərbaycan arasında 2022-ci il üçün ticarət dövriyyəsi ilk dəfə olaraq 1 milyard ABŞ dollarından çox olacaq".
Bunu “Report” a müsahibəsində Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç deyib.
Səfirin sözlərinə görə, Xorvatiyanın Bakıda səfirliyinin açılmasından ötən 4 il ərzində iqtisadi əlaqələr inkişafına yaxşı təkan verilib. “O zaman ölkələrimiz arasında ticarət dövriyyəsi 300 milyon ABŞ dollarına yaxın idi. 2022-ci ilin yalnız 8 ayı ərzində dövriyyə artıq 700 milyon ABŞ dollarını keçib”, - Zebiç bildirib.
Səfir ötən il üçün yenilənmiş, tam hesabata malik olmadığını vurğulayıb. “Amma göstərici, çox güman ki, 1 milyard ABŞ dollarından çox olacaq. Bu isə ümumi sərhədləri olmayan kiçik ölkələr üçün kifayət qədər böyük göstəricidir. Bu o deməkdir ki, Xorvatiya Azərbaycan üçün, Azərbaycan isə Xorvatiya üçün mühüm ticarət tərəfdaşıdır”, - o deyib.
B.Zebiç Azərbaycan ilə ticari-iqtisadi əməkdaşlığın ən mühüm hissəsi kimi Xorvatiyanın böyük həcmdə Azərbaycan neftini idxal etməsini göstərib: “Ticarət dövriyyəsinin 90%-dən çoxu Azərbaycan neftinin Xorvatiyaya ixracının payına düşür”.
“Xorvatiyanın Azərbaycana ixracı məlum səbəblərdən Azərbaycandan idxalla müqayisə olunmasa da, artır. 4 il əvvəl Xorvatiyadan Azərbaycana ixracat cəmi 1-2 milyon ABŞ dolları idisə, indi bu, 7 milyon ABŞ dollarından çoxdur”, - səfir əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm