“Uşaq-adam” sindromu
Yusif Nəzərli
23:38 17.01.2023
Sağlamlıq
720
Yaşına uyğun davranmayanların qarşılaşdığı problemlər
Özünü bioloji yaş dövrünə uyğun aparmayanlar, “israrla” böyümək istəməyənlər, “adam heç böyüməsin, uşaq qalsın” düşüncəsinə qapılanlar həyatın üzərlərinə qoyacaqları məsuliyyətlərdən yaxa qurtarmağa çalışanlardır və bu anormal dünyagörüşü sayəsində həm ailə üzvləri, həm də ətrafdakılarla ciddi problemlər yaşayırlar. “Şərq” “NTV.com.tr”in "Webtekno" mənbəyinə istinadən uşaq qalmağı arzulayan, özünü uşaq kimi aparmaq xasiyyətindən heç cür əl çəkmək istəməyən insanlar barədə araşdırmasını təqdim edir.
Mənbə bildirir ki, bu tip insanlar böyüməyi, yetkinliyə çatmağı rədd edirlər. Belə bir həyat tərzi keçirən, kimsənin varlığından xəbərdar olmadan bir adaya sığınaraq orada yaşamağı üstün tutan Peter Pan adlı şəxsin hekayəsi çoxlarına məlumdur. Ətrafımızda onun kimilər çoxdur. Diqqətlə baxsaq, belələrini görə bilərik. Bu vəziyyətin yaranmasına çox zaman valideynlər səbəb olur. “Biz nələr gördük, övladlarımız görməsin”, deyib övladlarını məsuliyyət hissi aşılamadan böyüdən valideynlər əslində övladlarına rahat bir həyat yaşamaq hissi ötürmüş olur. Belə şəraitdə böyüyən uşaqlar "hər şeyi valideyn edəcək", düşüncəsinə qapılır və “böyümürlər”.
Çiyinlərini həyatın gətirdiyi yük altına vermirlər. Bu, xatırladılan Peter Pan sindromu – uşaq-adam sindromudur. Sindromun əlaməti fərdin qarşı tərəfdən – partnyorundan daim asılı görünmək, köməyə, yardıma ehtiyac duymaq, ən kiçik işlərdə başqasına möhtac olmaq, tapşırılan işi icra edə bilməyəcəyinə inanaraq onu başqasına tapşırmaqdır.
Belə durumlarda qarşı tərəfin – bu, ailə üzvləri də ola bilər, həyat yoldaşı da, düşdüyü vəziyyətdən yorulması, bezməsi, nəhayət, etiraz səsini ucaltmasıyla nəticələnir ki, sonda ailələrdə böyük problemlər yaranır, durum hətta ayrılmağa, boşanmağa qədər gedib çıxır.
“The Conversation” tərəfindən aparılmış bir tədqiqatda qadınların çoxu kişiləri onlardan asılı vəziyyətdə təsvir edib. Bu isə ev işlərinin böyük bir hissəsini məhz qadınların icra etməsinə bağlıdır. Qadınlar üçün həyat yoldaşları yetişkin kişidən daha çox anasına – qadına bağlı birisi kimi görünür.
Bu səbəblə də qadın-kişi münasibətləri deyil, qadın-uşaq münasibətləri formalaşır ki, nəticədə bu, qadınla kişinin intim həyatına da mənfi təsir edir. Kişilər bəzən məsuliyyəti tamamilə qadınlara yükləyir, qadınlar da bu durumdan şikayətçi olurlar. Kişilərsə, “mən dahiyəm, amma bunu anlamırlar” deyərək, qarşı tərəfə üstünlüklərini göstərməyə çalışır. Belə vəziyyət hər iki tərəfi qıcıqlandırır.
Bu vəziyyət təkcə kişilərlə məhdudlaşmır. Həyat yoldaşına həddindən artıq, lazım oldu-olmadı güvənən, özünü köməksiz, yardıma, dəstəyə möhtac, həyat yoldaşından asılı hesab edən qadınlar üçün də keçərlidir. Belə qadınlar da bəzən kişiləri yorur, bezdirir.
Qısası, ailədə kişi də, qadın da daha rahat yaşamaq istəyir və baş rolları bir-birilərinin üzərinə atırlar. Rolların düzgün bölüşdürülməməsi birgə yaşayışda problemlər ortaya çıxarır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə