Taksi xidməti sahəsində özbaşınalıq! - Nəzarət lazımdır
Yusif Nəzərli
01:41 06.06.2023
Cəmiyyət
583
Bu sahədə nəzarət mexanizmi tətbiq olunmalı, ciddi tələblər müəyyənləşməlidir
Taksi fəaliyyəti ilə bağlı narazılıqlar artmaqdadır. Taksi xidmətində olan xaotik vəziyyət nəinki sərnişin və sürücüləri narahat edir, eyni zamanda ictimaiyyət arasında ciddi narazılığa, ictimai nəqliyyatın hərəkətinin pozulmasına, paytaxtda uzun tıxaclara səbəb olur. Taksi sürücülərinin bu fəaliyyətdən qazancları elə də çox deyil. Bəzən isə bank hesablarına köçən pulu taksi sürücüləri həftələrlə ala bilmirlər.
Millət vəkili Azər Badamov "Şərq"ə deyib ki, taksi fəaliyyəti əhaliyə xidmətin bir növüdür. Deputatın sözlərinə görə, bu sahədə nəzarətsizliyin hökm sürməsi bir sıra xoşagələməz halların davam etməsinə yol açır: "Taksilərin əksəriyyətində natəmizlik hökm sürür. Elə halllar olur ki, taksi sürücüsü sərnişindən soruşmadan siqaret çəkməyə başlayır. Taksi şirkətlərinin tətbiqi ilə taksi sifariş edəndə çox hallarda taksi sürücüləri ödənişin nağdsız olduğunu biləndə gəlmirlər. Həm də yol kənarında əl qaldırıb taksi saxlayıb mənzil başına çatanda sürücünün dediyi məbləği ödəməli olursan. Elə hallar da olur ki, taksi sürücüsünün sağlamlıq durumu yerində olmur. Elə hallar da baş verir ki, taksini sifariş edib avtomobilə oturanda sifariş etdiyinə görə təəssüflənirsən. Yəni qısa olaraq qeyd etmək istəyirəm ki, taksi xidməti sahəsində özbaşınalıq davam edir. Bu halların davam etməməsi üçün bu sahədə nəzarət mexanizmi tətbiq olunmalı, taksilər üçün ciddi tələblər müəyyənləşməlidir".
A.Badamov vurğulayıb ki, bütün taksilərdə taksometrlər quraşdırılmalıdır: "Sərnişin taksometrinin göstəricisinə görə ödəniş etməlidir. Həm də taksilərdə posterminallar quraşdırılmalı və sərnişinin istəyinə uyğun nağd və ya nağdsız qaydada ödəniş edilməsinə şərait yaradılmalıdır. Taksi xidmətə başlayanda hər gün müəyyən məntəqədə həm sürücü, həm də avtomobil baxışdan keçirilməlidir. Düzdür, taksilərin şəhərdə çox olması rəqabəti gücləndirir və qiymətlərin aşağı səviyyədə qalmasına imkan yaradır. Digər tərəfdən, xoşagəlməz halların baş alıb getdiyini müşahidə etdikcə, bu sahədə mütləq şəkildə yeni qaydaların və tələblərin müəyyənləşdirilməli olduğunu hesab edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya