Tiklərin başlanma SƏBƏBLƏRİ
Yusif Nəzərli
10:04 08.08.2023
Sağlamlıq
688
Uşaqlarda tez-tez rast gəlinir
Tiklər uşaq həyəcanlandıqda baş verə bilən qeyri-iradi, təkrarlanan hərəkətlər və ya səslərdir. Bəzən onları qismən idarə etmək olar, yəni müəyyən şəraitdə uşaq tikləri cilovlaya bilir, amma həyəcanlananda bu hərəkətlər yenidən güclənir.
Tiklərin növləri - gözlərin açıb-bağlanması, qaşqabaq etmək, başın müxtəlif istiqamətlərə fırlanması, səs tikləri, çox danışmaq və s. olur.
Uşaq yalnız tik hərəkətini etdikdən sonra sakitləşir, özünü yenidən yaxşı hiss edir və yeni tikin qərginliyi başlayana qədər normal yaşamağa davam edir.
Pediatr-nevroloq Mixək Təhməzova deyib ki, tiklər uşaqlarda tez-tez rast gəlinən nevro-psixoloji bir haldır. Tiklər insanın iradəsindən asılı olmayaraq, qeyri-iradi, istəkdən kənar olaraq eyni hərəkətlərin steriotipik olaraq təkrarlanmasıdır: “Tiklər xüsusən həssas, emosional-gərgin, məsuliyyətli insanlar arasında daha tez-tez rast gəlinir. Ümumiyyətlə, tikləri adəti pis vərdişlərdən fərqləndirmək lazımdır. Adəti vərdişlər tiklərdən fərqli olaraq günün istənilən vaxtında, hər yaş dövründə rast gəlinir və iradidir. Belə uşaqlara dedikdə ki, bunu etmə, o, iradi olaraq bu vərdişi dayandıra bilir. Bu tip vərdişlər uzun müddət davam etmir. Əgər 6 aydan 1 ilə kimi artıq davam edirsə, bu, tik hesab olunur.
Tiki olan uşaqlar arasında çox vaxt diqqətin defisiti ilə hiperaktivlik sindromu və obsessiv-kompulsiv pozğunluq da müşahidə oluna bilər.
Tiklərin başlanması səbəbi isə stress faktoru ilə bağlıdır. Stress, gərginlik yaxınlaşdıqda uşaqda tiklər müşahidə olunmağa başlayır. Bundan əlavə tiklər diqqətin defisiti ilə hiperaktivlik sindromu olan uşaqlarda, depressiyada olan insanlarda, təşvişli-həyəcan pozuntusu keçirənlərdə, autizmlərdə və s. rast gəlinir”.
Pediatrın sözlərinə görə, tiklərin üzərinə nə qədər tez və ya vaxtında düşülsə, bir o qədər müsbət nəticələr əldə olunur. Prosesin üzərinə gec düşdükdə tiklər daha da arta bilir: “Məsələn, əvvəllər uşaqda tək göz qırpma halları müşahidə olunurdusa, sonralar üzərinə düşülmədikcə tik artaraq çiyin tiklərinə, əl, ayaq tiklərinə qədər çoxala bilər. Öncə tiki yaradan səbəbi aydınlaşdırmaq lazımdır. Və bu istiqamətdə korreksiyaedici tədbirlər görülməlidir. Çalışmaq lazımdır ki, stress faktorları aradan götürülsün, uşağın ümumiyyətlə, yadına salınmasın tikləri, uşağa özünə güvən qazandırmalı, uşağın etdiyi səhv tez-tez yadına salınmamalı və ya aşkar olaraq danışılmamalı, məktəbdə müəllimi ilə söhbət olunmalı.
Müalicə prosesi medikamentoz və psixoterapiya ilə paralel aparılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi