Bir gündə çimərliklərdə 42 uşaq itib - Valideyn nəzarətsizliyi
Yusif Nəzərli
10:20 08.08.2023
Cəmiyyət
657
Daxili İşlər Nazirliyi (DİN) çimərliklərlə bağlı vətəndaşlara müraciət edib.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, çimərliklərdə istirahət edən valideynlərin azyaşlı övladlarını nəzarətsiz qoymaları halları müşahidə edilir: "Bu gün 42 uşağın paytaxt çimərliklərində itməsi ilə bağlı DİN-nə məlumatlar daxil olub. Dərhal çimərliklərdə təhlükəsizlik tədbirlərinə cəlb edilən polis əməkdaşları məlumatlar üzrə əlaqələndirilməklə, həmin uşaqların tapılması təmin edilərək ailə üzvlərinə təhvil verilib.
Vətəndaşlardan xahiş edirik ki, övladlarını nəzarətsiz qoymasınlar.
DİN tərəfindən respublikamızın bütün istirahət rayonları üzrə təhlükəsizlik və ictimai qaydanın effektiv qorunması məqsədilə xidmət təşkil edilib, xidmətə əlavə qüvvə çıxarılıb. Hazırda bütün rayonlar üzrə xidmət davam etdirilir".
Sosioloq Elçin Bayramlı isə deyib ki, “Sherg.az"a açıqlamasında uşaqların çimərlikdə, dənizdə və ya hovuzda təhlükəsizliyi valideynlər üçün prioritet olmalıdır:
“Lakin çox təəssüflər ki, son vaxtlar valideynlər arasında məsuliyyətsizlik halları həddindən çox artıb. Bu da özünü çox pis hadisələrlə büruzə verir. Uşaqların itməsi, ölməsi, açıq quyulara düşməsi kimi bədbəxt hadisələrin hamısı valideyn nəzarətsizliyi səbəbindən baş verir. Bu, elə bir haldır ki, inzibati yolla və yaxud da hansısa bir mexanizmlə tənzimləmək mümkün deyil. Bunu ancaq valideynlər özləri dərk edib, məsuliyyətlərinin fərqinə varmalıdır. Hər istirahətə gedən valideynə bir polis təhkim edib onun uşağını təhlükələrdən qoruya bilmərik axı!?
Həftə sonu mən də çimərlikdə idim. Çimərlik əməkdaşları fasiləsiz olaraq təhlükəsizlik tədbirləri icra edir, tez-tez səsgücləndirici ilə xəbərdarlıq edirdilər ki, uşaqlarınızı nəzarətsiz buraxmayın. Buna rəğmən az sonra nəzarətçilərin çimərlikdə nəzarətsiz tapdığı uşağın valideynini axtarmasına şahid olduq. Dənizin sahili kimi təhlükəli bir yerdə uşağı necə gözdən qoymaq olar axı!? Yaxşı olar ki, bu cür yerlərdə uşaqlarına nəzarət edə bilməyən valideynlər onları aparmasın. Valideynlərin məsuliyyət məsələsi bizdə qanunla tənzimlənmir. Amma bir çox ölkələrdə bu kimi hallar baş verdikdə valideyn sərt cəzalandırılır. Bizdə istər həyətdə, istər evdə, istər şəhərdə, küçədə gəzərkən “əşi, heç nə olmaz” prinsipi ilə uşağı tamamilə buraxırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi